Azərbaycana idxal olunan köhnə avtomobillərdən alınacaq ilkin utilizasiya rüsumunun məbləği açıqlanıb
Bunu Milli Məclisdə komitə iclasında “Təmiz Şəhər” ASC-nin eksperti Mirzə Laçınov deyib.
Onun sözlərinə görə, 1-3 il istehsalı müddəti olan avtomobillərin üçün utilizasiya haqqı nəzərdə tutulmayıb.
“4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Lakin bu rəqəmlər hələki dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər”, - deyə o əlavə edib.скачать dle 12.1