Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – GlobE Network VI Plenar iclası başlayıb.
“Bakisesi.com” xəbər verir ki, iclasın açılışını Azərbaycanın Baş prokuroru Kamran Əliyev edib.
Baş prokuror yerli və xarici qonaqları salamlayıb, Azərbaycanın son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilməsindən danışıb.
Kamran Əliyev çıxışında Azərbaycanın şəbəkənin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirdiyini deyib: “Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir. Bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə onun korrupsiyaya qarşı mübarizə orqanı olan “Nazaha” təşkilatının əvəzsiz rolu olub. Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk”.
Baş prokuror korrupsiyaya qarşı birgə mübarizənin əhəmiyyətindən danışıb: “Dünya miqyasında sərhəd tanımayan korrupsiyaya qarşı mübarizə birgə, əlaqələndirilmiş və qətiyyətli yanaşma tələb edən mürəkkəb, lakin zəruri bir çağırış olaraq qalır. Bugünkü plenar sessiya bu qlobal iradənin təzahürüdür.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır. Prezidentin müraciətində də qeyd edildiyi kimi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu sahədə əlaqələndirici və aparıcı rola malikdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyində şəffaflıq və qanunun aliliyi prinsipləri, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək korrupsiyaya qarşı sıfır tolerantlıq mövqeyi ilə davam etdirilir”.
“Bu, korrupsiyaya qarşı sıfır tolerantlıq mövqeyi ilə davam etdirilir”
20
may
17:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat