Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) növbəti qalmaqallı yerdəyişmə olub – sədr Rövşən Məmmədov daha bir qohumuna vəzifə verib.
Yenicag.az-a daxil olan məlumata görə, Rövşən Məmmədov yaxın qohumu olan Müşfiq İbrahimov adlı şəxsi AzTV-nin Material-texniki təchizat və istehsalat Departamentinin rəisi təyin edib.
Bundan başqa, QSC-nin sədri jurnalist Aqil Məmmədovu AzTV-nin Sosial və iqtisadiyyat proqramları Baş Redaksiyasının baş redaktoru vəzifəsindən azad edib.
Məlumata əsasən, bu qərarla əlaqədar sədrin kabinetində qalmaqal da yaşanıb.
Xatırladaq ki, Rövşən Məmmədov Dövlət televiziyasının rəhbəri postuna gətirildikdən sonra QSC-də bir sıra yüksək vəzifələrə yaxın qohumlarını və ya ailə dostlarını təyin etməklə “fərqlənir”.
Rövşən Məmmədov QSC-də Kadrlar Departamentinin rəisi (İlhamə Hüseynova – sədrin xanımının rəfiqəsi), Bədii rəhbər (Ranar Musayev – ailəvi dostu), Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi (Nərgiz Rəfiyeva -xanımının rəfiqəsi), Texniki İstehsalat Birliyinin direktor müavini (Xəlil Məmmədov – xanımının əmisi), maliyyə departamenti, avtoparkın rəhbəri və daha bira sıra vəzifələrə qohumlarını, yaxud ailəvi dostlarını təyin etməklə, Dövlət televiziyasını “sülalə şirkəti”nə çevirib.
AzTV sədri davamlı zənglərimizi cavabsız buraxdığı üçün əldə etdiyimiz bu və digər məlumatları Rövşən Məmmədovun özü ilə dəqiqləşdirmək cəhdlərimiz nəticəsiz qaldı.
Dövlət kanalında QALMAQALLI DƏYİŞİKLİK - AzTV sədri daha bir qohumuna yüksək vəzifə verdi
17
dekabr
13:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat