Ümid Partiyasının sədri İqbal Ağazadə Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun fəaliyyətinin hüquqi qiymətləndirilməsi ilə bağlı dövlət qurumlarına müraciət edib.
Sozcu.az xəbər verir ki, İ.Ağazadə icra başçısı barədə artıq dəfələrlə müxtəlif məzmunlu şikayətlərə rast gəldiyindən bu addımı atıb. M.Məmmədovdan ən çox şikayət edənlərin şəhid və qazi ailələri olduğunu qeyd edən Partiya sədri bildirir ki, səlahiyyətli dövlət qurumları illərdir çoxsaylı şikayətlərə diqqət ayırmır:
“Niyə icra başçısına vəzifəsinin xalqa xidmət olduğunu deyən yoxdur? Yoxsa Müstəqim Məmmədov əvəzedilməzdir, ya Qəhrəman Tərtər əhalisi bu tip başçını haqq edir? Şikayətlərin motivinə varmadan səlahiyyətli dövlət qurumlarına (Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyevə, DTX-nın rəhbəri cənab Əli Nağıyevə) müraciət edirəm:
“Bu icra başçısının – Müstəqim Məmmədovun əməlinə hüquqi qiymət verin, onun adamları, xüsusilə, şəhid ailələrini, qaziləri təhqir etməsinə, aşağılamasına imkan verməyin. Tərtər düşmənin iki addımlığında illərdir mübarizə aparır, o şəhərə və sakinlərinə onlara layiq insanlar rəhbərlik etməlidir”.
Çoxsaylı şikayətlər, müraciət edən xeyli sakinlər var. Videomateriallar sosial şəbəkələrdə yayılıb. Əlavə faktlar axtarmağa ehtiyac yoxdur. İcra başçısı təkcə rüşvət alarkən tutulmur, həm də vəzifəsini yerinə yetirməyəndə, qanunları başqa formada pozanda da həbs edilir”.
İqbal Ağazadə prezident aparatına və DTX-yə müraciət etdi – İcra başçısına görə
20
dekabr
15:50

Qarabağ
KOMMENTLƏR
Tərtərin icra başçısına daha bir İTTİHAM: “Müharibə vaxtı gecələr…”
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Tərtərin icra başçısı liseyə gedən səkini zəbt etdi - VİDEO
Debatda bir-birini təhqir etdilər - Tərbiyəsiz, səviyyəsiz...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat