Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən "AAAF Park" yaşayış kompleksində 17 saylı küçənin sakinləri 4 ildir ki qazsız qalıblar.
Bu barədə "Qafqazinfo"ya müraciət edən 15- ə yaxın sakin bildirib ki, binada 5 blok və 314-dən artıq mənzil var: "Təqribən 120-dən çox mənzilin sayğac borcu yoxdur. Bəzi sakinlər borclarını ödəmişdilər, amma adları yenə də borc siyahısında qalmışdı.
Bizə AAAF Parkdan deyilmişdi ki, heç olmasa 12000 manat ödəniş olunsa, işə başlayacaqlar. Biz də başladıq bir-bir bloklarda mənzillərin qapılarını döyüb məlumatlandırdıq və ödənişlərin ödənməsi üçün onları razı saldıq. Müəyyən qədər ödəniş edənlər oldu. Sonra ofisdən dedilər ki, ümumi borc 45000 manatdır. İşə başlanılması üçün bu məbləğin yarısı ödənməlidir. Hər dəfə bir söz deyirlər. Ona görə də sakinlər olaraq onlara inamımız qalmayıb. Bildirək ki, qaz sayğacının ödənişi 398 manatdır. 4 ildir qazsız qalan mənzillərin divarı kifləyib. Uşaqlar, xəstələr soyuqda qalıblar. Aidiyyatı üzrə bir neçə quruma müraciət etmişik. Amma bizə dəqiq vaxt deyən yoxdur".
"Qafqazinfo" məsələylə bağlı AAAF Parkın mətbuat katibi Kənan Məstəliyevlə əlaqə saxlayıb. O bildirib ki, binaların qazlaşdırma prosesi "Azəriqaz"la birgə aparılır: "Qazlaşdırılma mərhələli və növbəli şəkildə keçirilir. Hazırda növbə 17 saylı küçədədir. Həmin küçədə 400 abonent var. Binadakı qaz turbalarının işləyib işləmədiyi yoxlanılıb. Hazırda sifariş verdiyimiz sayğacların gəlməsini gözləyirik. Bu da "Azəriqaz" dan asılıdır. Sayğacın qoyulması prosesi tez və ya gec yekunlaşa bilər. Elə adam var ki mənzilində yaşamır. Bu amil çətinlik yarada bilir. Ancaq orta hesabla, bu prosesin 1 ay ərzində bitməsi gözlənilir. Sakinlər əmin olsunlar ki biz bu prosesi bilərəkdən gecikdirmirik.
Qeyd edim ki, binadakı sakinlərin hamısı sayğacların pulunu ödəməyib. Biz buna baxmayaraq o məsələni də üzərimizə götürüb sayğacların sifarişini vermişik. Biz də addım atırıq ki proses sürətli getsin. Hansı binaya birinci və ya ikinci mərhələdə qaz verilməsini də biz müəyyənləşdirmirik. Bunu dövlətin qurumu hesablayıb müəyyənləşdirir".
"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov "Qafqazinfo"ya bildirib ki, şirkət istənilən vaxt gəlib sayğacları götürə bilər: " Azəriqaz İB-dən sayğacın götürülməsiylə bağlı hər hansı problem yoxdur. Biz onlara bayramdan qabaq demişdik ki, gəlib yeni ildən sayğaclarını götürə bilərlər".
“AAAF Park”da daha bir problem - “4 ildir qazsız qalmışıq”
08
yanvar
10:24

Qarabağ
KOMMENTLƏR
“Olympys Park” MMC sakinlərə qarşı... - GİLEY
Sakinlərə zülm edən AAAF Park... - Günahı dövlət qurumunun üzərinə atır...
““Olympus Park”dan şikayət etdik deyə kirayə pulumuzu kəsdilər”
Evlərini təhvil ala bilməyən vətəndaşlar AAAF PARK-dan şikayətçidirlər - VİDEO
“AAAF Park”da dülgərin üzərinə divar aşdı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat