KİVDF ləğv olundu... Ay can... Ay can...

Yerinə Medianın İnkişaf Agentliyi yarandı...

Təbii ki, illərdir mətbuat olaraq əzab çəkən tərəfin nümayəndələri olaraq sevinirik. Prezidentimizin təşəbbüsünün səmimiliyinə inanır və güvənirik.

Yeni yaradılmış qurumun köhnə KİVDF-nin bazasında formalaşdırılmasından isə bir az şübhələrimiz var. Daha doğrusu, məsələnin bun şəkildə qoyuluşu şübhə doğurmaya bilməzdi ki, bunu da keçmiş KİVDF sədri Vüqar Səfərli ilə bağlı çıxarılan həbs qərarı tam müəyyən etmiş olduq. Anlaşıldı ki, köhnə KİVDF o qədər çirkaba bulaşıb ki, bu qurumun bazasına nə yaradırsansa, yarat... XEYRİ OLMAYACAQ!

Deyim, həm də NİYƏ? Həm də ona görə ki, Vüqar Səfərli az qala bir ilə yaxındır ki, vəzifəsindən alınıb və Əhməd İsmayılov cənabları o qədər də müddətdir ki, onun yerinə təyin olunub. Amma Bu qədər müddət ərzində Əhməd müəllimin qəbulu nədir, qapısına belə hansısa KİV-in yaxınlaşması müşkülə çevrilib.

Bilmirənm, kimlər üçünsə həmin qapını açmaq bir təpiyin qüdrətində olub. Amma bildiyim odur ki, həmin şəxslər elə dünən Vüqar Səfərlinin də qapısını təpiklə açırdılar. İndi də eyni həvəs və imtiyazla Əhməd müəllimin qapısını açırlar.

Olsun... Yenə də səbr edərik. Görünəni odur ki, Əli Həsınovun qazdığı quyu xeyli rədinmiş və bizim həmin quyudan çıxmağımız bu gün imkansız kimi görünür. Əgər YENİ kimi qəbul etdiklərimiz də KÖHNƏ əhvalla qulluq edəcəklərsə...

***

Amma istənilən halda... yeni agentliyə və yeni agentliyin artıq kifayət qədər köhnəlmiş sıdrinə UĞURLAR arzulayıram...

Yəqin ki, onun da öz QARA SİYAHISI olacaq və həmin siyahıda bəndənizin adı ön sıralarda gələcək...

QƏZAMIZ MÜBARƏK...

Bütün yeniliklərə dərin hörmətlə, Məhəmməd ƏRSOY - DİA.AZ-ın Baş redaktoru
скачать dle 12.1