Bəs, siz hara baxırdınız, cənab hüquqşünaslar, hakimlər ?
“Baku Steel Company”-nin direktoru Rasim Məmmədovun həbsi cəmiyyətdə ciddi rezonans doğurub.
Mətbuatda Ramiz Mehdiyevin “qara kassası” adlandırılan bu adam özünü az qala toxunulmaz şəxs hesab edirdi.
Bu adam ölkə metallurgiyasını çökdürmüş, bu sahədə çalışan digər iş adamlarını demək olar ki, məhv etmişdi.
Bu adam təkcə metal biznesi ilə deyil, həm də təhsil biznesi ilə də məşğul idi. Azərbaycanda ən bahalı məktəblərdən biri olan “Baku Oxford School”un sahibi idi.
Bir sözlə, Ramiz Mehdiyevin hesabına qanun-zad, hüquq-filan bilmirdi.
Bu adam o qədər həddini aşmışdı ki, Bakıda 1 milyon dəyəri olan zirehli avtomobildə gəzirdi, özünün bahalı avtomobil kolleksiyası var idi.
Bu gün “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə yüz minlərlə borcu var. Digər eyni profilli metaltökmə zavodlarına da milyonlarla borcu var.
Bütün bunlar və yəqin ki, bizim bilmədiyimiz bir çox cinayətlər istintaq zamanı ciddi araşdırılacaq.
Ancaq bəzi suallar var ki, onlardan yan keçmək olmur.
İlk növbədə ondan başlayaq ki, bu miqyasda şirkətin hüquqşünası var, mühasibatı var və digər məsuliyyət daşıyan şöbələri, şəxsləri var.
Yaxşı tutaq ki, Rasim Məmmədov kor atını minib ölkədə köndələn çapırdı.
Bəs, sizlər hara baxırdınız, cənablar ?
Digər sualımız vergilərlə bağlıdır. Bu şirkətin dövlət büdcəsinə borcu nə az, nə çox yüz minlərlədir.
Yaxşı dövlət qurumları hara baxırdı ?
Niyə vaxtında bu borclar ödənməyib ?
Adi vətəndaşın 100 manat borcu olan kimi qapısını kəsdirirsiniz…
Digər sualım məhkəmə hakimlərinədir.
Axı neçə illərdir Rasim Məmmədovdan narazı qalan şəxslər məhkəmələrə müraciət edirdi. Amma nəticə olmurdu.
Görəsən, hakimlərimiz Rasimin qabağında nəyə oxşayırdı..
Bu barədə özünüz düşünün.
Bir filmdə deyilir ee…Ayə, qoymayın üstümə İrasim gəlir..
Ayə, qoymayın üstümə İrasim gəlir..-RASİM MƏMMƏDOVUN CİNAYƏT ƏMƏLLƏRİ.....
09
fevral
14:38

Qarabağ
KOMMENTLƏR
Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
“Baku Steel Company”nin rəhbəri həbs EDİLDİ
Ramiz Mehdiyevin biznes ortağı həbs oluna bilər
"Baku Steel Company" zavoduna yeni rəhbər gətirilir
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi