Təhsil Naziri Emin Əmrullayevin nəzərinə....
Əsas mövzuya keçməzdən öncə yaxın tariximizə bir ekskurs edək. Daha doğrusu, məşhur “Dəli Kür” filmindən bir epizodu yada salaq. Yəqin hamınız kəndin dini rəhbəri Molla Sadığın “diskotekası”nı yada saldınız. Cahandar ağanın Molla Sadığa vurduğu sərt silləni də xatırladınız.
Bunu nə üçün yada saldıq.
Kəndin qız-gəlinini, arvad-uşağını din adı altında bir yerə yığıb yüz oyundan çıxmağın acı sonluğu bəllidir.
Axı, vaxtilə məktəb-mədrəsə deyərdilər. Məktəb təkcə tədris-təlim ocağı deyil e, həm də təlim-TƏRBİYƏ ocağıdır.
Bu orta məktəbə də, ali məktəblərə də aiddir.
Son illər orta məktəblərimizdə nə qədər rüsvayçı hallar olub. Şagird öz müəllimindən hamilə qalıb, məktəb direktoru öz şagirdinə təcavüz edib və s.
Bütün bunlar cəmiyətə bəlli olan faktlardır. Gör məktəblərimizdə hələ nə qədər gizli qalan əməllər var.
Axı, valideyn övladını məktəbə təlim, eyni zamanda tərbiyə almağa göndərir. Belə tərbiyə olar ?
Ali məktəblərdə isə vəziyyət daha da dözülməzdir.
Yazının girişində əbəs yerə Molla Sadığın diskotekası demədik.
Bəli, Molla Sadığın diskotekası bu gün ali məktəblərimizdə baş verənlərin yanında toya getməlidir.
Bircə Cahandar ağa çatmır ki, ali məktəb rəhbərlərini yerində oturtsun.
Bəli, ara-sıra mətbuata sızan məlumatlardan bəlli olur ki, rektorların öz “yaxın həmdəmi”, prorektorların “könül sirdaşı”, dekanların “məşuqələri” kimi hallar ali məktəblərimizdə adi hala çevrilib.
Yenicə məktəb partasından durub ali məktəbə gələn gənclərimiz bunlardan hansı tərbiyəni, nümunəni götürə bilər ?
Təzə qəbul olan müəllimlər, işçilər kimnən örnək götürəcək? Yoxsa elə yeni qəbul olan işçilər öz yaxınlarıdır?
Rəhbər şəxslər öz ''sevgililərini'' katibə, köməkçi gətirirlər və bunu görən idarə heyəti şərlənib işdən çıxmamaq üçün susmaq məcburiyyətində qalırlar.
Mərhum Ulu öndər həmişə dönə-dönə qeyd edirdi ki, biz öz milli dəyərlərimizi, adət-ənənələrimizi, mentalitetimizi qorumalıyıq.
Bəli, yuxarıda qeyd etdik ki, tədris müəssisələri həm də tərbiyə ocağıdır. Belə tərbiyə ocağı olar ?
Bütün bunları və digər neqativ halları nəzərə alaraq Təhsil Nazirliyinin nəzdində bir İctimai qurum yaradılmalı, bu cür hallara qarşı kəskin mübarizə aparmalıdır.
Unutmayaq ki, bu keçid dövründə biz çox şeyləri itirdik. Onların bir çoxunu nə vaxtsa bərpə edə bilərik.
Ancaq elə mənəvi dəyərlər var ki, onları itirsək heç vaxt bərpa edə bilməyəcəyik.
''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)
Təlim-TƏRBİYƏ OCAĞI, yoxsa Molla Sadığın diskotekası?- Təhsil ocaqlarında nələr baş verir ?
05
mart
13:52

Qarabağ
KOMMENTLƏR
Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq
Ağsuda mıktəb direktoru haqda ŞOK İDDİA - Şəhid ailələri və Qarabağ qazilərinin adından pul yığılır
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
“Bilik günü” onlayn qaydada keçiriləcək
Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat