Bu adam haqqında yazmaq istəyəndə məlum oldu ki, bunun əməlləri nəinki bir yazıya, hətta dastana sığan deyil. 
Hörmətli oxucular, söhbət keçmiş ticarət naziri, sabiq ekologiya naziri  Hüseynqulu Bağırovdan gedir.
Yeri gəlmişkən, cənab nazirin QULU sözündən zəhləsi gedir. Kimsə ona Hüseynqulu müəllim deyəndə acığı gəlir, tələb edir ki, ona Hüseyn müəllim deyə mürəciət etsinlər. Yəni QUL sözünə allergiyası var, amma özü əslində pulun, sərvətin  əsl quludur. 
Hüseynqulu  Bağırov  Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.  Yəni tarix müəllimidir. 
2000-2001-ci  illərdə Azərbaycan Respublikasının ticarət naziri vəzifəsində işləyib. 
Adama deyərlər ki, tarix müəllimi hara, ticarət naziri hara ?
Sahələr heç uyğun da gəlmir ee...
Bəli, 2 il müddətində ticarət naziri işləyən Bağırov ticarətimizin başına  daş salandan sonra məşhur filmdəki Moşunun arvadı Söylü bajı demişkən, 2001-ci ildə “eqologiya naziri”  oldu. 
Vallah, adam fikirləşəndə təpəsindən tüstü çıxır. 
Axı, tarix müəllimi ticarət naziri oldu bir şey anlamadıq. Sonra da ordan çıxardıb ekologiyaya gətirdiniz,özü də nazir vəzifəsinə. Bu necə olur ee..? 
Axı, hər iki sahədə illərlə can qoyan, ixstisası uyğun gələn, təcrübəli kadrlar olduğu halda, bu tarix müəllimində nə görmüsünüz ?
Nə isə, Hüseynqulu Bağırov axırda  oldu ekonazir. 
Bax, o gündən göydən yekə bir “ostroid” düşdü  meşələrimizin başına. 
Mebel düzəldənlər  Hüseynqulu Bağırovla sövdələşib  düşdülər meşələrin canına. Onsuz da Qafqazda ən az meşə sahələri Azərbaycandadır. Beləcə meşələrimizdəki ağacları qırmağa başladılar. Hüseynqulu Bağırovun cibinə pul axdıqca meşələrimiz seyrəlməyə başladı.   
Müdriklərdən biri deyir ki, yaşıllığı az olan kənddə qəbrlər çox olar. 
Bəli, meşələr ətraf mühitin ağ ciyərləridir, oksigenidir. Beləcə Hüseynqulu ''müəllim'' ağaclara, yaşıllığa qarşı elə bir repressiya elədi ki, 37-ci il oldu onun yanında toya getməli. 
Həə, yeri gəlmişkən, bu Hüseynqulu Bağırov keçən əsrin 37-ci ilində ziyalılarımıza qarşı repressiya edən Mircəfər Bağırovun əmisinin  nəvəsidir. 
Bu ağaclara, meşələrə qənim kəsilən Hüseynqulu Bağırov Ulu Öndərin bir sözünü unudurdu: “Bir ağacın budağını kəsəndə elə bil qolumu kəsirlər”. 
Ancaq Bağırov üçün pul, sərvət lazım idi. 
Qısa bir müddətdə Bağırovun ailə üzvlərinin adına  Bakıda və Avropa ölkələrində, Türkiyədə otellərin, biznes şəbəkəsinin sayı durmadan artdı. 
Bağırovlar ailəsinin Avropadakı və Türkiyədəki çoxsaylı şirkətlərində payçı kimi adı keçən Liana Bağırova keçmiş nazirin arvadıdır. Və Hüseynqulu Bağırovun biznes imperiyasını idarə edən əsas fiqurdur.
Keçmiş nazirin bacısı, onun ailə biznes imperiyasına daxil olan Qərbi Kaspi  Universitetinin vitse-prezidenti statusunu daşıyan Duriyyə Nuriyeva isə  təhsili  bazara çevirib. 
Yeri gəlmişkən, bu günlərdə İnstaqramda Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin adına olan səhifədən edilən paylaşım cəmiyyətdə  rezonans doğurdu.
Mediada yayılan xəbərdən bəlli oldu ki, Heydər Əliyevin adına açılan səhifədə Ümummilli liderin 94 illiyində onun şəkli əks olunan köynəklərdən Qərbi Kaspi Universitetində döşəmənin silinməsi üçün istifadə edilməsi qınanılıb.
Səhifədə bildirilib ki, bu, Ulu Öndərə xalq sevgisinə böyük hörmətsizlikdir. 
Bu barədə hələ də universitetin sahibi Hüseynqulu Bağırov susmaqda davam edir. Deyəsən sabiq nazir  “uzaq səfərə” hazırlaşır. 
Yuxarıda əbəs yerə qeyd etmədik ki, Bağırovun əməlləri vəzifədən  getməyə  və  bir yazıya sığan deyil. 
Növbəti yazılarda daha ciddi mətləblərə toxunacağıq. 
Niyə Hüseynqulu Bağırov ekologiya naziri olanda meşələrdə heyvanlar da “məsti-xumar” olurdu..? 
Cənab nazir meşələrə  niyə  “pesok-qumşəkər”  səpirdi ? 
Cənab nazirin oğlunun əmlakı neçə yüz milyondur ? 
Nazirin oğlu kimləri nahaqdan həbs etdirdi ? 
Alpinistlər  öləndə nazir niyə qorxuya düşmüşdü ? 
Bizi izləyin.
''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)скачать dle 12.1