Kəlbəcərin gənc icra başçısından mühüm addım- köməkçisini işdən çıxardı 

Azər Qocayev barmağını silkələdi: nöqsanlara yol verən məktəb direktorları  ən sərt şəkildə  cəza alacaq

Kəlbəcərin  35 yaşlı  yeni icra  başçısı  Azər Qocayevin ömür yoluna nəzər salanda  maraqlı  məqamlar  ortaya çıxır. 
Yeni icra başçısı ixtisasca  energetikdir. Bir müddət  işıq idarələrində çalışıb. Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satış şöbəsində kantrolyor olub. 
Sonrakı fəaliyyətini “Azərbaycan Dəmir Yolları” QSC-də elektrik təchizatı xidmətində davam etdirib. Sonra həmin qurumda  elektrik təchizatı  xidmətində çalışıb. 
Bir sözlə, elektrik  enerjisinin satışı ilə məşğul olub. 
Bura qədər  yazdıqlarımız  cənab icra başçısının rəsmi  avtobioqrafiyasındandır. 
İndi isə keçək, Azər Qocayevin icra başçısı olduğu  dönəmə. 
Bəli, Azər  Qocayev   
Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yəni hələ 1 il olmayıb. 
Çoxları deyə bilər ki, təzə icra başçısının 1 ili tamam olmadığı üçün  tənqidi yanaşmaq  məqsədəuyğun deyil. Müəyyən mənada razıyıq. Amma..
Nəinki son 1 ildə, hətta  son 3-4 ayda Azərbaycanda az qala 100 ildə baş verəcək  tarixi qələbələr olub. Torpaqlarımız erməni işğalçılarından azad olub, Şuşada Azərbaycan bayrağı dalğalanır, Kəlbəcər  azad  edilib və s. 
Bəli, cənab Azər Qocayevin icra başçısı olduğu Kəlbəcər rayonu  30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz  tərəfindən erməni daşnaklardan təmizləndi. 
Təssəvvür edirsiniz, 1 il öncə Azər Qocayev erməni işğalı altında olan rayona icra başçısı təyin olunmuşdu, bu gün isə Azər Qocayev azad Kəlbəcərin başçısıdır. 
Görəsən, bu boyda fərqi cənab başçı bilirmi ? 
Əgər bilirsə, onun fəaliyyətində niyə bu hiss olunmur..? 
Yəqin cənab başçının hər hansı  ciddi bir fəaliyyəti olsaydı çoxdan  səsi çıxardı. Məsələn, icra başçısı öz komandası ilə Kəlbəcərə  getsəydi çoxdan media bunu yazmışdı. 
Biz demirik ki, cənab başçı qol götürüb oynasın. Amma bu neçə ayda ən azı  xeyli işlər görmək, Kəlbəcər camaatı ilə rayona qayıdışla bağlı səmimi görüşlər keçirmək olardı. Amma heç nə yoxdurSanki hamı  yuxarıdan nəsə tapşırıq gözləyir. 
Axı, yuxarı  səni o boyda rayona icra başçısı təyin edib, yuxarı Kəlbəcəri azad edib, sən də bir addım at dəə...
İcra başçısının son bir neçə ayda  keçirdiyi  iki mühüm məsələ olub. 
Birincisi, icra başçısı  köməkçisini işdən çıxardıb. 
Bir də, icra başçısı Kəlbəcər təhsilində çalışan müəllimləri yığıb “hədə-qorxu” gəlib, məktəb direktorlarına deyib ki, nöqsanlara yol verən məktəb direktorları  qanun qarşısında  ən sərt şəkildə  cəza alacaqlar. 
Məncə, şərhə ehtiyac yoxdur.скачать dle 12.1