Xalqımızın məşhur “Koroğlu” dastanında xalq qəhrəmanı Koroğlunun 7777 ( yeddi min yeddi yüz yetmiş yeddi ), Girizoğlu Mustafa bəyi 777 ( yeddi yüz yetmiş yeddi ) dəlisi, yəni igidi olması haqda eşitmişdik. Yəni 77...77 rəqəmini görən kimi, ağlımıza Koroğlu gəlirdi.
Azercell mobil operatorunun satış reklamında 777-77-77 rəqəmini görən kimi, ağlıma epos qəhrəmanı Koroğlu gəldi. Düşündüm ki, Azercell şirkəti xalq qəhrəmanımızı təbliğ etmək, gənclərdə qəhrəmanlıq ruhu aşılamaq üçün bu reklamı yayıb. Amma sən demə, bunların dərdi vətən deyil, PUL-PARA qazanmaqdır.
Bəli, reklama diqqət yetirəndə bəlli oldu ki, Azercell şirkəti 051-777-77-77 nömrəsini satışa çıxarıb. Neçəyə olsa yaxşıdır ?
700 manata ? Ehh, 700 manat bunlar üçün tum puludur.
Bəlkə, 7000 manata ? Yox.
Nə az, nə çox düz 70000 ( yetmiş min manata ).
Əlbəttə, yaxın günlərdə bu nömrəni alan tapılacaq.
Bu yaxınlarda deputat 211-lə başlayan nömrəsini 10 minə satışa çıxarmışdı. 777-nin yanında 211 nədir ki ?
Bəli, cəmiyyətin 70 faizi güclə dolanır, çörəyi, siqareti nisyə alır. Azercell isə 70 min manata nömrə satır.
Bunu alan hansı pulla ala bilər ?
Bəlkə 300 manat müəllim maaşı ilə, bəlkə 1300 manat icra başçısı maaşı ilə, bəlkə ...
Bu nömrəni almaq üçün gərək icra başçısı yeməsin-içməsin-geyməsin və 10 il işləsin ki, bu nömrəni ala bilsin. Bəs onda hansı pulla..?
Adamın ağlına çox şeylər gəlir. Amma ....
Koroğlunun 7777 dəlisi və Azercell-in 70 min manatlıq 777-77-77 nömrəsi...
07
aprel
14:02

Qarabağ
KOMMENTLƏR
Azercell 051-777-77-77 nömrəsini 70 min manata satır
Azercell indi də aylıq abunəçilərə “kontur atır”- Şirkət müştərilərini məhkəmə ilə hədələyir
Azercell-in 050-211-288 nömrələri 8-10 min manatdır-Abunəçi sahib olduğu bu nömrələri kiminsə adına köçürmək üçün şirkətə 5 min ödəməlidir
Azercell koronavirusa görə MEDİA-nın pulunu kəsdi- Daha saytlar şirkətdən “aylıq” almayacaq
Artıq Azercell abonentləri "MilliÖn"dən kontur yükləyə bilməyəcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat