“Qara qır”dan qızıl qazanan İbadovun eşq macəraları

Müdriklər deyib ki,  abad kənd YOL-undan bəllidir. Doğrudan da yolu yamaqlı kəndin abadlığına kimsə inanmaz. 
Kimin şübhəsi varsa, buyursun Azərbaycanda yamağı, çala-çuruxu olmayan, yəni az-çox standarta uyğun yol göstərsin. Əlbəttə, biz demirik ki, şüşə kimi, ideal yollarımız olsun. Amma heç olmsa, yol inşaatının standartlarına uyğun olsun. 
Gözümüzün qabağında  bir yolu neçə dəfə söküb təzədən asfaltlayarlar, neçə dəfə qırlayarlar ? 
Neçə dəfə təzə salınmış beton yolu söküb təzədən salıblar. Bunun hamısı milyonlarla vəsait deməkdir e. 
Tanışlarımdan biri danışır ki, əsas magistral yolların tikintisində alman mütəxəssislər bizə kömək edirdi. Axırda bezib qaçdılar ki, belə yol olmaz. Bəli, bu yollar Şahin İbadov kimilərin milyonçu olması üçündür.
Bəli, söhbət hazırda milyonçu, bir neçə il əvvəl isə köhnə 408 Moskviç-də “Dəmir alıram...” deyə qışqıran, köhnə dəmir-dümür alverçisi  Şahin İbadovdan gedir. 
Təsəvvür edirsiniz,  dəmir-dümür satan adam az vaxtda necə varlandısa, qızı Mahizər  500 minlik avtomobillə və üstəlik  4 cangüdənlə ali məktəbə hərdən gəlib-gedir. Bəli, hərdən, kefi istəyəndə gəlirdi və qayıdıb gedirdi. 
Görəsən dünyanın harasında belə möcüzə baş verə bilər ?
Küçə alverçisi az vaxtda milyonları necə qazandı ?
Yuxarıda qeyd etdik ki, 1 yolu 4-5 dəfə salıb, təzədən sökürlər.
Şahin İbadovun həyatı başdan-başa möcüzədir. 8-ci sinif təhsili olan bu adam Rusiyada ali məktəbə necə qəbul oldu ? Özü də çexol  tikən qardaşı Elşadla birlikdə Rusiyada ali məktəbə qəbul olurlar, sonrada BDU-ya “perevod”  olurlar. Bu məgər möcüzə deyilmi ? 
Və hər iki qardaş saxta diplomla  vəzifə tuturlar. Şahin İbadov  “Azəravtoyol” ASC-nin nəzdində fəaliyyət göstərən Şəki rayonu 15 saylı Yol İstismar İdarəsinin rəisi olub. 
Qardaşı Elşad İbadov isə Şəki bələdiyyəsinin sədri olub. Elşad şəhərdəki ən yaxşı torpaqları ya baha qiymətə satıb, ya da yaxınlarının adına özəlləşdirib. 
Həmin vaxt qardaşların uğur qazanmasında qohumları, hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin də rolu böyük olub. 
Pul  Şahin İbadovu o qədər harınlaşdırıb ki, Şəkidə  bir ailənin dağılmasına, bir qadının isə rayonda biabır olmasına səbəb olub. Və Şəki camaatı bu rüsvayçılığa  görə, Şahin İbadovu  rayondan qovalayıb. Bakıda lövbər salan, Bakıda 1 saylı asfalt zavodun direktoru olan Şahin İbadov  burda da dinc durmayıb. Və cavan bakılı qızı Şəkiyə qaçırıb. Və nəticədə ailədə faciə baş verib. 
Bu adama  başa salan olmayıb ki, eşq ayrı, məşq ayrı. 
Bəli, bu adamın əmlakının siyahısı bitmək bilmir. 
Şahin İbadovun Şəki şəhərinin mərkəzində qiyməti 100 minlərlə ölçülən 2 kafesi var. Hələ bu, harasıdır. Bildirilir ki, Şahin İbadov Şəki şeben zavodunun, Şəki sünbül çörəyin ərazisini, Şəki diş poliklinikasını özəlləşdirib. Şahin İbadov həm də Bakıda xeyli sayda mənzillərə sahibdir. Təkcə Lider TV-nin yaxınlığında bir neçə dəbdəbəli villası, mənzilləri var. Başqaları kimi Şahin İbadovun avtomobil kolleksiyaslı da var. Hamısı da 300 minlik xarici avtomobillər. 10 AA 798 seriyalı S KLASS, 10 YY 798 seriyalı E KLASS Mercedes və s. 
Bütün bunlar isə  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun gözünün qarşısında baş verir. Biz başa düşürük ki, Saleh müəllim yaxşı insandır, ömrünün müdrik çağını yaşayır, insan yaşa dolanda göz də zəifləyir, hər şeyi görmək olmur. Amma Saleh müəllim unutmasın ki, asfaltın hər metri  “qızıl”  qiymətinədir. Şahin İbadov kimilər  qara qırdan qızıl qazanırlar.скачать dle 12.1