Neft qiymətlərinin düşməsi ilə bərabər, iqtisadiyyatını sadəcə neft üzərindən tənzimləyən ölkələr üçün də çəmbərin COVİD-19-a paralel şəkildə daha da daralması müşahidə edilir. Məsələn, Rusiyada.
Görünən odur ki, Rusiyanın pandemiya ilə mübarizə üsulları ölkə vətəndaşları üzərində də mənfi təsirlər yaradıb.
Moskva kimi iri şəhərlərin iqtisadi gücü olduqca zəngindir. Belə böyük şəhərlərin hələ bir müddət özünü ayaq üstə saxlaması mümkündür. Ancaq əyalətlərin vəziyyəti bir qədər fərqlidir.
Pandemiyadan əvvəlki normal vəziyyətdə də zənginlik həyatının Rusiyanın istənilən bölgəsində yayılması mövzusu ciddi etirazlar yaradan amillərdən idi. Əlbəttə ki, bu vəziyyətdə mərkəzdənqaçma üsullarına sığınmaq müzakirə mövzusu ola bilər. Elə isə, mərkəzdənqaçma nə deməkdir?
Rusiyanın federativ idarəetmə üsuluna sahib olduğunu hər birimiz bilirik. Pandemiya ilə mübarizədə də Putinin tədbirləri bu yöndə oldu: bütün yükü, sadəcə mərkəzi hökumətin üzərinə mindirmədi, bölgələrin yerli büdcələri hesabına bu yükün ağırlığı paylaşdırıldı.
Və təbii ki, buna paralel də özəl sektor. Orta biznes aləmi də daxil olmaqla, bütün iş sahələrinə bu mübarizə zamanı güclü basqılar, təzyiqlər edilir. Özəl sektorun üzərinə əlavə maddi yük qoyulur. Bu mühitdə isə etiraz edənlərin sayı çoxalmağa başlayır. Vladiqafqaz bölgəsindən yüksələn etiraz səsləri və bunun qarşılığında Putinin həmin bölgəyə xüsusi təyinatlıları yönləndirməsi hadisənin böyümək ehtimalının olduğunu göstərir.
Təbii ki, burada müxalif qüvvələrin hansı reaksiyanı göstərəcəyi önəmli məsələdir. Bəzi ekspertlərə görə, konstitusiyaya dəyişiklik məsələsi belə, iqtisadi şəraitdə ertələnə, yaxud da ləğv edilə bilər. Təbii, müxalif qüvvələrin də ən böyük arzusu məhz budur.
Koronavirus və onunla mübarizə üsulları, şübhəsiz ki, bundan razı qalmayan xalqın gözündə hökumət rəhbərliyinə də təsirini göstərəcək. Məsələn, Baş nazir Mişustin bu pandemiyadan siyasi zərbə alacaq kimi görsənir. Pandemiya ilə mübarizədə baş verəcək bütün mənfiliklər Putinin Mişustinin üzərindən xətt çəkməsi üçün yaxşı taktika ola bilər.
Digər tərəfdən, Moskvanın Bələdiyyə sədri  Sergey Sobyaninin adı getdikcə daha da parıldayır. Səbəbi -Moskva və ətraf bölgələrə ciddi yardım kampaniyasını çox yaxşı idarə edə bilir.

Sergey Sobyaninlə Baş nazir Mişustin arasındakı gərginlik müzakirə mövzusudur. Konstitusiyaya görə, Prezident dövlətin idarəçiliyində çətinlik çəkərsə, yaxud hər hansısa fövqəladə vəziyyət baş verərsə, dövlətin idarəsi Baş nazirin rəhbərliyinə keçə bilər.
Əlbəttə, bununla yanaşı, Dövlət Şurası da var. Yəni, konstitusiya yolu ilə bu şuranın gücünə güc qatmaq üçün planlar hazırlanır.
Moskvada yayılan bəzi məlumatlara görə, Sobyanin Dövlət Şurasına gətirilməsi ilə bağlı söz alıb. Bu şəraitdə, əgər konstitusiyaya dəyişiklik referendumu ləğv edilərsə, Putinin yaxın perspektivdə prezidentlik planları da ertələnə bilər.
Bu müddət ərzində isə Sobyaninin adı xüsusilə dövlətin dərin qatlarında və xalqın gözündə parlaq fiqur olaraq önə çəkilir.
Təbii ki, COVİD-19 və neft qiymətləri ilə bağlı ortaya çıxacaq yeni vəziyyət yaranarsa, bütün bunlar reallaşa bilər. Hələliksə bütün nəzarət Putinin əlindədir və Putin bu məsələdə yeganə isim olaraq qəbul edilməlidir. Yəni, hərbi və mülki kəşfiyyat Putinlə birlikdədir.
Ordu daxilində fərqli səslərin mövcudluğuna baxmayaraq, Putin hələ də əsas fiqur sayılır. Ancaq hüquqi cəhətdən bu gərginlik və iqtisadi böhran şəraiti uzansa, hər şey planlaşdırıldığı kimi getməyə bilər. Bu şəraitdə isə erməni lobbisinin əsas fiquru sayılan erməni əsilli Baş nazir Mişustinlə tatar əsilli, amma özünü rus olaraq tanıdan və Rusiya dövlətinə sədaqəti şübhə doğurmayan Moskva Bələdiyyəsinin sədri Sergey  Sobyanin arasındakı rəqabət daha da qızışacaq.
Görünən budur ki, yeni dönəmdə Rusiya növbəti siyasi hadisələrə səhnə olacaq.
Tərcümə Strateq.az-ındırскачать dle 12.1