Azərbaycan Dövlət Aqrar Universitetinin  ( ADAU ) rektoru İbrahim Cəfərov öz tay-tuşları kimi orta məktəbi bitirəndə ali məktəbə daxil ola bilməyib. 
Sual ola bilər ki, niyə ? 
Axı, sovet dövründə az-çox savadı olan orta məktəb məzunları ali məktəblərə daxil olurdular. 
Bəs, görəsən, gələcəyin professoru, rektoru nə əcəb  hansısa ali məktəbə daxil ola bilməyib ? 
Ali məktəbə daxil ola bilməyən İbrahim Cəfərov əsgərliyə yollanıb. Və 1974-1976-cı illərdə Sovet Ordusunda xidmət edib. 
Və geri qayıdandan elə bilirsiniz ali məktəbə daxil ola bilib ? 
Yox. 
Əsgərlikdən qayıdan İbrahim  düz 1 il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici olub.
İndiki nəslin nümayəndələri  DİNLƏYİCİ-nin nə olduğunu bilməz. 
Deməli, savadı çatmayan xeyli sayda gənc ali məktəbə xüsusi imtiyazla daxil olmaq üçün əsgərlikdən xüsusi arayış gətirirdi. 
Gənc İbrahim də həmin arayışla güc-bəla Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 
Və beləcə gələcək professorun, rektorun karyerası başlayıb.    
Sonradan alim olan İbrahim Cəfərov  2013-cü ildə hamıya məlum olan ağsaqqalının xeyir-duası ilə Azərbaycan  Dövlət Aqrar Universitetinin rektoru olub. 
Cənab rektor İbrahim Cəfərovun əsas işi aqrar sahəyə yaxın olan məmurlara ADAU-da dərs saatları verməklə pul qazanmaq olub. Yəni Gəncəyə yaxın rayonlardakı dövlət məmurlarını universitetə müəllim təyin edərək, onların maaşlarını mənimsəyib. Yəni məmur olan müəllim kağız üstündə olub, 1-cə saat dərsə gəlməyib, onun əvəzinə başqa müəllimlər dərs keçib. Bir sözlə, rektor  ADAU-da ölü canlar- məmur müəllimlər saxlayıb. 
Rektorun başqa əməlləri ilə bağlı növbəti yazıda bəhs edəcəyik.скачать dle 12.1