Qarmonçalan, toyda tamadalıq edən, tramvay ustası Prezidenti necə  təmsil edə bilər ? 


Azərbaycanda nə qədər  qarmonçalan, toyda tamadalıq edən, zurnaçalan, kafedə “müdir” olan  icra başçıları var. Adam bunları görəndə sözün həqiqi mənasında utanıb xəcalət çəkir. 
Gör əhalisinin sayı 100-150 min olan, minlərlə ziyalının, qazinin yaşadığı rayonu kimlər idarə edir e. Bu vallah rüsvayçılıqıdır. 
Toyda tamadalıq hara, rayon rəhbəri hara ? 
Axı,  kənd yolunun qırağındakı kolluqdakı kafe nədir ki,  onun müdiri nə ola...
Hətta icra başçıları arasında ali təhsili olmayanlar da var. Bəli, sonradan yalandan Dağıstandan-zaddan diplom gətiriblər. 
Adam var ki, icra başçısı təyin olunana qədər  1 gün əmək stajı, əmək kitabçası olmayıb. Gedib yalandan köhnə tarixə  guya “zavqar”- qaraj müdiri  əmək kitabçası  düzəldiblər və sonra sənədlərini göndəriblər. Bir daha deyirik ki, bu reallıqdır, nə qədər acı  olsa da. 
Konkret adlar da çəkə bilərik. Azəriqaz-ın sədri Əlixan Məlikovun qardaşı qarmonçalan  Fəxrəddin Məlikovun Kürdəmirə icra başçısı təyin olunmağını yada salın. Fəxrəddin Məlikov kimiləri bir deyil, iki deyil e. 
Biri də Suraxanın icra başçısı Əziz Əzizov. 
Bu adam 1985-86-cı illərdə Tramvay parkında xətt sahəsi üzrə ƏMİRİ USTASI... işləyib. 
İndi özünüz deyin, ƏMİRİ usta nədir ?
Nə əmiri, nə filan ? 
Yaxşı bu ölkədə kifayət qədər idarəetmə təcrübəsi olan, savadlı  insanlar olduğu halda  tramvay parkında təcrübə keçən adam  12 il ( 2006-1018 ) necə Cəlilabadda icra başçısı işləyib ? 
Ən dəhşətlisi odur ki, tramvaydan sahibkarlığa ( arpa satmağa )  keçən Əziz Əzizov rayona rəhbər gətirilir. 
Kim nə deyir desin, rayonun prokuroru, polis rəisi, məhkəməsi-zadı olsa da icra başçısı rayonda Prezidenti  təmsil edən yeganə şəxsdir. 
Qarmonçalan, toyda tamadalıq edən, tramvay ustası Prezidenti necə necə təmsil edə bilər ? 
Beləcə, Əziz Əzizov olur Cəliabadın icra başçısı. 
Vəzifəyə arpa satmaqdan gələn Əzizovun Cəlilabada gözünə hər şey arpa kimi görünür. Bütün münbit torpaqları ələ keçirib arpa-buğda əkir, Sovetdən qalma üzümlükləri ələ keçirir, arpanı qıcqırdıb pivı çəkir, üzümdən şərab düzəldir. 
Təsəvvür edirsiniz, Əziz Əzizovun araq sexləri təkcə Cəlilabadda deyil, ətraf rayonlarda da toyları təmin edir. Axırda məcbur olub, Neftçalada, Biləsuvarda Əziz Əzizovun məhsullarını satmaq üçün yaxın rayonlarda topdan satış  mağazaları açırlar. Bu işdə Əziz Əzizova ən çox kömək edən həmin dövrdə Neftçalada Maliyyə Şöbəsinin müdiri işləyən Rəşid Manafov olur. 
Hətta  Rəşid Manafov  Əziz Əzizovu mətbuatın tənqidlərindən qorumaq üçün ona dəstək verir.  Bu xətt bu gün də davam edir. Əziz  Əzizovun  mətbuata aylıq göndərəni Rəşid Manafovdur. 
Sonra Neftçala, Biləsuvar və Masallıda Əziz Əzizovun mal-qara fermaları  “fəaliyyətə” başlayır. 
İlk işi ƏMİRİ USTA olan Əziz Əzizov Cəlilabadı məhv edəndən sonra  2018-2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olur. 
1-2 il az vaxt olsa da onu qeyd edək ki, Yasamal ərazisində sökülən evlərin məsələsi ilə bağlı Əzizov milyonlar qazanır.Və qızına Yasamal ərazisində çoxsaylı obyektlər,mənzillər,yeni tikilən binaların birinci mərtəbəsində gözəllik salonları QAMARLAYIR.  Təsəvvür edirsiniz, evləri  sökülən vətəndaşlara kağız üzərində başqa məbləğ yazılır  veriləndə isə 30-35 faiz az. 
Bu işin içərisində olanlar bilir ki, Yasamalda Əzizov böyük məbləğdə pul qazandı. Həmən vaxt Əziz  Əzizova  güclü dəstək verilirdi.
1 ildən artıqdır isə  Əziz Əzizov Suraxanının icra başçısıdır. 
Suraxanıya gələn kimi  Əziz Əzizov olub-qalan torpaqların satılmasına başladı. Təsəvvür edirsiniz   Əziz Əzizovu özü şəxsən gəlib tikintiyə baxır, “summa”nı soruşur. 
Əziz Əzizov  sürücüsü olan qohumu  Murad Ağayevi  əvvəlcə hüquq şəbəsinə işə götürdü, sonra isə özünə köməkçi təyin etdi.
Adama deyərlər sürücü hara, hüquq şöbəsi hara ?  
Bu gün Əziz Əzizovun otelləri, marketləri, heyvandarlıq fermaları, 100 hektarla əkin sahələri, daha nələri yoxdur. 
Əziz Əzizov qızlarının adına nə qədər mülklər alıb, onların adına  xeyli biznes  obyektləri açıb. 
Əziz Əzizovun  dostu Kamillə qohum olmaq məsələsi isə əsl komediya mövzusudur. 
Bu barədə növbəti yazıda. /Gundelik-baku.com/скачать dle 12.1