Gündə vətəndaşların, hətta Qarabağ veteranlarının  işığını kəsirsiniz...
Bəs  istixanalar və ən əsası metaləritmə  sexləri...

“Azərişıq”  ASC-nin  sədri  Balababa  Rzayev  vəzifəsindən azad ediləndən sonra  Vüqar Əhmədovun  həmin vəzifəyə təyin olunması ilə əlaqədar  qəbul zamanı cənab Prezident İlham Əliyev dedi: 
Mən sizi “Azərişıq” Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəyə məsuliyyətlə yanaşacaqsınız.
Əlbəttə, Prezidentin  sərəncamı müzakirə olunmur. Amma cəmiyyətin də söz demək haqqı  var. 
Artıq 3 ilə yaxındır ki, bu vəzifəni daşıyırsınız, cənab Vüqar Əhmədov 
Bu 3 ildə müsbət nəsə baş verdimi ? 
Cənab Prezident,  4 milyon sizin quruma pul ayırdı ki, pandemiya, koronavirus  dövrünün çətinliyini aradan qaldırasınız. 
Əslində Prezident sənə öz sözünü  3 il əvvəl demişdi. Ki, vəzifənizə məsuliyyətlə yanaşın. 
Cənab Vüqar Əhmədov ! Bizim sizin şəxsi personanıza zərrə qədər pis münasibətimiz, qərəzimiz yoxdur. 
Amma sizə suallarımız var. 
Dövlətin enerji siyasəti sadə məsələ deyil. Bəzən ölkənin işığını bir anlıq söndürürlər. Bu yaxın taridə  Serbiyada baş verib. 
Yəni sizin vəzifəniz çox məsuliyyətli vəzifədir. 
Bir  məsələyə yenidən qayıdaq. 
“Azenerji”-nin prezidenti  Etibar  Pirverdiyevin ölkəyə yaratdığı problemi yadınıza salaqmı ? 
Həmən problemdən sonra Prezident İlham Əliyevin keçirdiyi müşavirədə məmurlara dedikləri yadınızdadırmı ? 
Cənab İlham Əliyev həmən görüşdə dedi ki...
Heç utanırsınızmı ? Siz, sadəcə, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında.
Bunları deməkdə məqsədimiz odur ki, cənab “Azərişıq”ın sədri Vüqar  Əhmədov, işlərinizdə  dönüş edin. 
Etibar Pirverdiyevin aqibəti sizi də gözləyir. 
Axı, mövcud  pandemiyanı nəzərə alan cənab Prezident sizə hər cürə, həm də maliyyə dəstəyi verir. Özü də 4 milyon. 
Bəs siz neyləyirsiniz ?
Gedib harada kasıb-kusub, imkansız, qazi, veteran varsa onların işığını kəsirsiniz. 
Bəs  istixanaların,  metaləritmə sexlərini və s  işığını niyə kəsmirsiniz ? 
Bir metaləritmə sexi bir gündə bilirsən nə qədər işıq  sərf edir ? 
Niyə onların işığını kəsmirsiniz ? 

İndi bildinizmi  dövlətin ayırdığı  4 milyon hara sərf olunur ? 
Daha dorğusu, şəxsi ciblərə gedir. 
Araşdırmamız  davam edir./Gundelik-baku.com/скачать dle 12.1