Ermənistan ordusu Azərbaycanın müdafiə naziri Zakir Həsənovun cəbhənin Talış kəndi istiqamətinə gəlməsi fonunda hərbi təlimlərə start verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, taktiki təlimlərdə xüsusi təyinatlı qüvvələr və pilotsuz uçuş aparatlarından istifadə olunub. Təlimlər zamanı şəri düşmənin arxa cəbhəsinə keçərək diversiya aksiyalarının törədilməsi məşq olunub.