Şirvanda 500 min dəyərində qiymətli metalı Vidadi Zeynalovla bölüşən Mərdan Camalov
Sözün düzü, Şirvanın keçmiş, Zərdabın indiki icra başçısı Mərdan Camalova qələm bulamaq adamı türklər demişkən bıqdırır.
Mərdan Camalov kimi məmurların bircə yolu var ki, hüquq-mühafizə orqanları dəlil-sübut toplayıb ( onsuz da dəlil-subutlar göz qabağındadır ) onların qələmini birdəfəlik qırmalıdır.
Bir daha deyirik ki, keçmişi müəllim, sonrası çilingər, daha sonrası icra başçısı olan Mərdan Camalovdan yazmaq bizim xoşumuza gəlmir və həvəsli deyilik.
Sadəcə, rast gəldiyimiz bir fakt bizi məcbur etdi ki, yenidən Mərdan Camalova qələm bulayaq.
Bəli, 1-ci Qarabağ müharibəsində şəhid olan əsgərimizin Zərdab sakini olan atası deyir: “ Mən Mərdan Camalovun qəbulunda oldum. O mənim üstümə ŞIĞIYIB QIŞQIRARAQ MƏNİ VURMAQ İSTƏDİ. Orada olan insanlar müdaxilə etməsəydi, icra başçısı məni döyəcəkdi”.
Mərdan Camalova yenidən qələm bulamağımıza səbəb şəhid atasının bu sözləri oldu.
Gör dünyanın harasıdır ki, Mərdan Camalov şəhid atasının üstünə şığıyır, onu döymək istəyir.
Sən kimsən ay çilingər, ay “qazovşik”, sən şəhid atasını döymək istəyirsən. Gəncənin icra başçısı Elmar Vəliyev də sənin kimi şəhid atasını döymək istəyəndə qeyrətli oğlanlarımızdan biri Elmarın qaşqasına necə bir kəllə qoymuşdusa, bir həftə ayağa dura bilməmişdi, sonrası da bəllidir. Sən belə aqibətdən qorxmursan, ay Mərdan Camalov ?
Şəhid atası deyir ki, mən də başqa Zərdab sakinləri kimi qanuni sənədlərlə 25 illiyə torpaq icarəyə götürmüşəm, taxıl, yonca əkirəm, ailəmi dolandırıram: “ Mərdan Camalovun sifarişi ilə torpağı əlimdən aldılar. Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otarıb tələf etdilər.Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalov verib”.
Prezident İlham Əliyev demişkən, Camalov, sən Allahdan da qorxmursan ?
Şəhid atası deyir ki, azğınlaşmış Mərdan Camalov Zərdab rayonuna icra başçısı təyin ediləndən əhaliyə zülm edir.
İcra başçısı şəhidin ruhunu təhqir edir, şəhid ailəsinə isə hörmətsizlik edir.
Bəli, Şirvanda ən bahalı torpaqları satan, ticarət, ictimai-iaşə obyektlərini, restoranları ələ keçirən, üstəlik “DOST” İş Mərkəzi xətti ilə ictimai işlərə adları qeyd edilmiş şəxslərin maaş kartlarını seyfindən saxlayan Mərdan Camalov Şirvandan sonra Zərdabı viranə qoyur.
Şəhid atasına kəllə atan Mərdan Camalovun Şirvanda Azəriqaza məxsus 3 min metr iri diametrli borunun doğrayaraq satması və qazandığı pulları o zamankı baş prokuror Zakir Qaralovla bölməsi hamıya məlumdur.
Hələ bu harasıdır ?
Mərdan Camalov Şirvandakı torpaqları əvvəlcə hektarlarla, sonra kv.m satıb milyonlar qazandı. İndi də Zərdabın torpaqlarını satır.
Hələ bu da harasıdır ?
Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməsində bəlli oldu ki, Mərdan Camalov Şirvan şəhər telekomunikasiya qovşağından çıxarılan, dəyəri 500 min manat olan qiymətli metallara şərik olub.
Daha nələri deyək.
Mərdan Camalov dünyanı bəlaya salan koronavirusdan da pul qazanır, sahibkarlardan pul yığır, iş adamlarına zülm edir.
Bir sözlə, Mərdan Camalovun qələminin vaxtl çatıb. /Gundelik-baku.com/