Saleh Məmmədovun saldığı yollar dünyada ən baha və ən keyfiyyətsizdir...

Ziyəddin Əliyev 1-ci müavini Aydəmir Manafovu Saleh Məmmədovun sifarişi ilə çıxardı...


Qubanın icra başçısı  Ziyəddin Əliyevlə bağlı  mediada “bəy tərifi”nə rast  gələndə  məəttəl qaldım. Müəllif az qala ölkədə görülən müsbət işləri Ziyəddin Quliyevin adı ilə bağlayır. Axı, Prezidentin göstərişi olmadan Qubada olimpiya-idman kompleksi, mülicə-diaqnostika mərkəzi, elektrik stansiyası tikilə bilməzdi. 
Ziyəddin Əliyev bütün bunları öz adına bağlayır və müəllif yazır: “ Ziyəddin Əliyev  rayona başçı təyin olunduğu vaxtdan bəri, Qubanın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslər əhalinin sevincinə, ruh yüksəkliyinə səbəb olur”. 
Deyəsən, Ziyəddin Quliyev  özünü “padişah-zad” hesab edir. 
Bu adam başa düşmür ki,  Saleh Məmmədovun çətiri altında uzun müddət   “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, sonra  “Azəravtoyol" ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışandan sonra Qubaya başçı təyin olunub. Və  “Azəravtoyol”un rəhbəri  Saleh Məmmədovla o zaman  milyonları mənimsəyiblər. Əslində bu gün də  Saleh Məmmədovla  Ziyəddin Quliyevin xaricdə  birgə biznesləri var. 
Daha dəqiq desək,  Saleh Məmmədovun cavan oğlu  Sübhan Məmmədli  ilə  Ziyəddin Əliyevin Vyanada şərikli biznesləri, bahalı mülkləri  var. 
Saleh Məmmədovun  isə  tikdiyi 10 milyonluq yollar bir neçə ay sonra çökür və dövlət büdcəsindən yenidən pullar ayrılır. Yəni Saleh Məmmədov beynəlxalq yolları da standarta uyğun inşa etmir. Ona görə də Azərbaycanda salınan yollar dünyada ən bahalı və ən keyfiyyətsiz  yollardır. Çünki yola ayrılan milyonları Saleh Məmmədov mənimsəyir, Nabranda, Göygöldə özü üçün 10-15 milyon dəyəri olan villalar tikir, ailəvi istirahət mərkəzləri alır və s. 
Qubadakı villasının tikintisində  rayonun icra başçısı Ziyəddin Əliyevin də rolu olub. 
Saleh Məmmədov  və Ziyəddin Əliyev  təkcə  biznes şəriki deyillər. 
Həddini aşmış  bu cütlük  hətta kadr məsələlərini də birgə həll edirlər. 
Məsələn, bu yaxınlarda  Ziyəddin Əliyev 1-ci müavini Aydəmir Manafovu vəzifəsindən azad etdi. 
Niyə ?
Çünki  Saleh Məmmədovun  Aydəmir  Manafovla özəl münasibəti qaydasında deyildi.
Bəli, Saleh Məmmədov o qədər həddini aşıb ki, hətta Prezidentin səlahiyyətlərinə aid olan məsələyə də qarışır. Yəqin ki, bu məsələ Saleh Məmmədovu bitirəcək.Deyilənlərə görə, artıq onun heç öz qurumunda hörməti qalmayıb və səlahiyyətsiz  biridir. /Gundelik-baku.com/скачать dle 12.1