İcra başçısı Ziyəddin Əliyev  xanım  xalçaçını necə şəhər bələdiyyəsinin sədri elədi ?

İcra başçısının Dağıstanda diplom almış  xanım müavini 

Qubada  “ Yolçu Gülağa”nın  ağası  kimdir ? 



Quba  rayon icra hakimiyyətinin başçısı  Ziyəddin Əliyevin bütün həyatı  3 sözlə bağlıdır: 
YOL...TƏMİR...TİKİNTİ...
Bəli, bu adam həyatı boyu dövlət müəssisələrində, daha dəqiq desək 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin “Yoltəmirtikinti” Birliyində idarəsinin rəisi, 2001-2002-ci illərdə “Bakı Yoltikintiservis” ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002-2008-ci illərdə “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə “Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə "Azəravtoyol" ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışmışdır.
Yəni  biznes, sahibkarlıq fəaliyyəti ilə deyil, konkret olaraq  dövlət müəssisəsində çalışıb və konkret məbləğdə əmək haqqı alıb. 
Bəs onda görəsən, Ziyəddin Əliyev  Avropanı fəth edən biznes şəbəkəsini hansı milyonların hesabına yaradıb? 
Sualın cavabı birmənalı olaraq belədir:
Yol tikintisi, təmiri adı altında dövlətdən oğurladığı  milyonların hesabına.  
2017-ci ildən  Quba Rayon İcra Hakimiyyətinin başçısı işləyən Ziyəddin Əliyevlə bağlı ''Gündəlik Bakı'' ya önəmli məlumatlar daxil olub. 
Daxil olan məlumata görə, icra başçısı hazırda özü və ailə üzvləri Almaniyada istirahət edirlər. Ancaq ölkəyə qayıdan kimi aeroportda cənab icra başçısını sürpriz gözləyir. 
Belə ki, Qubada az təminatlı ailələr üçün dövlət tərəfindən verilən  200 kartın məsələsi ciddi araşdırılıb. Və kartların kimin cibində olması bəlli olub. 
Söhbət hər ay az təminatlı ailələrə verilən 260 manatdan gedir. İcra başçılarının bir çoxu ayda təxminən 50 min manat olan (  200 x 260 = 52.000 ) məbləğə də tamah salırlar. 
Ümumiyyətlə, söhbət təkcə  bu kartlardan getmir. Quba rayonundakı durum, korrupsiya halları  ciddi araşdırılır. 
Məlumat üçün bildirək ki, Qubada 31 icra nümayəndəliyi – icra başçısının inzibati ərazi dairəsi  və  34 bələdiyyə fəaliyyət göstərir. 
Rayonla bağı  araşdırmalar zamanı  icra nümayəndələri və bələdiyyə sədrləri  “etirafda bulunublar”. 
İcra başçısının müavinlərindən bir - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Abasova Səidə Məhmədalı qızı  Dağıstanda  oxuyub, yəni ali təhsil diplomunu  Dağıstandan alıb. 
İcra başçısının  sağ əli sayılan Quba şəhər bələdiyyəsinin sədri Humayə Məmmədova  isə əvvəllr  xalçaçı işləyib. 
Görəsən, Humayə Məmmədova kimlərin səsi ilə şəhər bələdiyyəsinin sədri seçilib ? 
Həm də axı,  xalçaçı hara, bələdiyyə sədri hara ? 
Quba ilə bağlı digər maraqlı məlumatlar da redaksiyamıza daxil olub. 
İcra başçısının digər müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  Ruslan Şahbalayev İcra aparatının  işçilərini təpədən-dırnağa  yoxlayandan sonra  başçının iclasına buraxır. 
Görəsən, icra başçısı  öz işçilərindən niyə bu qədər ehtiyat edir, qorxur ki, telefonla-zadla səsini yazarlar, çəkiliş olar?
Deyəsən Ziyəddin Əliyev  “gözü çıxan  qardaşlarından” – həbsdə olan icra başçılarından nəticə çıxardıb. 
İcra başçısının rayonda  güvəndiyi şəxslərdən biri də Quba rayon “5 saylı Yol istismarı” MMC-nin rəisi Gülağa Əliyevdir. 
“Taleh- At”  şirkəti   hansı maxinasiyaları edir. Vergidən nə qədər yayınır ? 
Bütün bunlar geniş bir araşdırma yazısının mövzusudur. 
Bizi izləyin. /Gundelik-baku.com/скачать dle 12.1