Yelo Bankın şəhid qardaşını ölüm həddinə çatdırması ilə bağlı məsələyə keçməzdən öncə bankın bu gününə və keçmişinə nəzər salaq.
Bank 1994-cü ildə “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə adını dəyişib “Nikoil Bank” olub. 2019-cu ildən isə bank Yelo Bank adlanır. Bankın yeni adı Yelo – ingilis sözü Yellow-nun (sarı) sadələşdirilmiş formasıdır.
Bankın Rusiyalı azərbaycanlı Vahid Ələkbərova məxsus olması barədə mediada yazılır. Söhbət dünyanın ən məşhur milyarderlərindən biri olan, Lukoil şirkətinin prezidenti Vahid Ələkbərovdan gedir. Əslən azərbaycanlı olan bu şəxs dünyanın ən zəngin adamlarından biridir. Üstəlik Azərbaycanda 20 ildir bank sektorunda əməlli-başlı qazanır. Yəni azərbaycanlıların hesabına qazanır.
Şübhəniz varsa, buyurun baxın.
İki gün öncə Yelo Bank 2021-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Ötən rüb olduğu kimi, bu rüb də bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika müşahidə olunub. Belə ki, bank hesabat dövrünü 10 mln. manat xalis mənfəətlə başa vurub.
Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 21.3 milyon manat təşkil edib.
Rəqəmlərə fikir verdinizmi ?
Bir rübdə 10 milyon manat XALİS MƏNFƏƏT və 21, 3 milyon FAİZ GƏLİRLƏRİ…
Bəli, bu bank yer əkmədən, zavod qurmadan, fabrik tikmədən, adamlara kredit verməklə 21 milyon faiz gəlirləri əldə edib. Sahibi də özümüzünkü olan, Vahid Ələkbərovdur.
Vahid Ələkbərov keçən əsrin əvvəllərində İrandan iş tapmaq, çörək pulu qazanmaq üçün Bakıya gələn bir günəmuzd işləyən şəxsin nəvəsidir. Yəni özümzdən olandır. Amma…
Amması odur ki, guya qanı qanımızdan, canı canımızdan olan, üstəlik Azərbaycanda milyonlar qazanan Vahid Ələkbərovun bankı Qarabağ şəhidinin qardaşını ölüm həddinə çatdırıb.
Bəli, Abşeron rayonunda şəhid İlham Cəfərovun qardaşı üzləşdiyi haqsızlığa dözməyərək damarlarını doğrayıb.
Buna səbəb şəhid qardaşının “Yelo bank” a olan borca görə mülkiyyətinin əlindən alınmasıdır.
Belə ki, Abşeron rayon məhkəməsinin çıxardığı qətnamənin rəngi qurumamış, yerli icra şöbəsi şəhid qardaşının mənzilini hərraca çıxarıb.
Borcunu ödəyə bilməyən vətəndaşa “Yelo” bankı iddia qaldırıb və nəticədə şəhid qardaşı intihar həddinə çatdırılıb.
Məsələ ilə bağlı ölkə başçısına, dövlət rəhbərliyinə müraciət olunub.
Şəhid qardaşı şişirdilmiş bank faizinə etiraz edir və bildirir ki, mənzil 36 minə satışa qoyulub.
Prezidentin şəhid ailələrinə, qazilərə olan diqqətinə baxmayaraq, məmurların, kommersiya subyektlərinin onları incitməsi, intihara sürükləməsi dövlətə qarşı məsuliyyətsiz siyasətdir.
Bu məsələnin rəsmi tərəfi.
Görəsən, şəhid əsgərimiz Qarabağda öz qanını axıdanda, Vahid Ələkbərov dünyanın hansı ən bahalı otellərində dincəlirdi ?
Bir də gördün, sabah Vahid Ələkbərov gəlib Şuşada, Qarabağda bank açacaq və milyonlar qazanacaq.
Amma deyən olmayacaq ki, bu torpaqlar uğrunda vuruşan və şəhid olan əsgərin ailəsini ölüm həddinə çatdırmısan.
Kağız üstündə azərbaycanlı olmağını qoyaq bir kənara. Səndə doğrudanmı, zərrə qədər insaf, mürvət yoxdur ki, bir ailəni kreditə görə, başsız qoyursan.
Həm də sənin bankının etdiyi əməllər ölkə başçısının siyasətinə qarşıdır.
Bu məqamda yadımıza Qarabağ qazisinin Həmkarların sədri Səttar Möhbalıyevin kabinetinin ağzında özünü yandırması düşür.
Deməli, eyni əməllər davam edir. Nə vaxtadək ? Bunu zaman göstərəcək. /Gundelik-baku.com/
.
Vahid Ələkbərovun bankı şəhid qardaşını ölüm həddinə çatdırıb- Yelo Bank 21 milyon manat FAİZ GƏLİRİ əldə edib…
12
avqust
18:42

Qarabağ
KOMMENTLƏR
“Yelo” bank şəhid qardaşını intihara çatdırdı, damarlarını doğradı - FOTO, VİDEO
Vahid Ələkbərovun “Yelo Bank”ında nələr baş verir?- Baş bankir Elman Rüstəmovun ''yarıtmaz'' siyasəti nəticəsində banklar sıradan çıxır
"Ziraat Bank”ın xalis mənfəəti 33% azalıb
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
Bir ildə 39 milyonluq xalis zərər: Yelo Bankda nə baş verir?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat