Sahil Babayevin 10 minlərlə insanı hakimiyyətdən narazı salmaqda məqsədi nədir ?    

Hazırda  həbsxana  həyatı yaşayan sabiq nazir  Səlim Müslümovdan sonra  Əmək  və  Əhalinin Sosial Müdafiəsi naziri olan Sahil Babayevin imkansız, təminatsız, pensiya ümidinə qalan insanlara, əlillərə qarşı amansız  fəaliyyəti  cəmiyyətdə xeyli suallar doğurur.
Bu adam nə üçün bu addımları atır ? 
Məqsədi nədir ? 
Pensiya  ümidinə qalan insanları nə üçün çörək pulundan məhrum edir ? 
Sahil  Babayev 10 minlərlə insanı niyə hakimiyyətdən narazı salır ?
Bunlar  məqsədlidir, yoxsa...? 
Və bütün bu baş verənlərlə bağlı  mediada  hətta cənab nazirin milli mənsubiyyəti, etnik kimliyi və s barədə  xeyli fərziyyə və ehtimallar irəli sürülüb. 
Biz Gundelik-bakı olaraq  fəaliyyətimizi ehtimallar üzərində qurmuruq. 
Ona görə də cənab nazirlə  bağlı səslənən “Bərdə şəhərində  ingilis dili müəlliməsi işləyən nənəsi Dusya Babayan və s “ kimi ehtimalları bir kənara qoyaraq  bəzi məsələlərə nəzər salmaq istəyirik. 
Cənab nazirin rəsmi avtobioqrafiyasından da görürük ki, onun atası Rafiq Babayev olub. 
Rafiq Babayev kimdir ?
Rafiq Babayev  hansı vəzifələrdə çalışıb, kim olub ?
Polkovnik Rafiq  Babayev xeyli müddət  DİN-in Pasport Qeydiyyatı İdarəsinin rəisi olub. 
Bəs əvvəl hansı vəzifələrdə çalışıb ? 
Gundəlik-Bakıya daxil olan məlumata görə,  Rafiq Babayev  Azərbaycan Xalq Cəbhəsinin üzvlərindən biri və qurumda  Əli Kərimlinin “krışası” olub. Və AXC hakimiyyəti dövründə  Hava Limanında rəis olub. 
1993-cü ildən sonra AXC-dən uzaqlaşıb. 
Bütün bunları nə üçün yada salırıq. 
Çünki Sahil Babayevin 10 minlərlə insanı  hakimiyyətdən narazı salması ciddi məsələdir. 
Bu boyda təsadüf ola bilməz. 
Bundan gerisini qoy düşünmək istəyənlər təhlil etsinlər. /Gundelik-baku.com/скачать dle 12.1