Görək, haqqında bəhs edəcəyimiz  İlham Quliyev kimdir ? 
Deməli, İlham Quliyev 1960-cı ildə Gürcüstanda anadan olub. 
1983-cü ildə  Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda  “Sənaye və mülki tikinti”  ixtisası üzrə təhsil alıb. 
1983-1992-ci illərdə müxtəlif dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb.
1992-1994-cü illərdə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin direktoru vəzifəsində çalışıb.
1994-1999-cu illərdə  Kənd Təsərrüfatı Nazirliyinin Nəzarət-Təftiş idarəsinin rəisi vəzifəsində çalışıb.
1999-2005-ci illərdə  Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi olub. 
2005-ci ildə  Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib və 2020-ci ilin avqust ayında  vəzifəsindən azad edilib.
İlham Quliyev 1 ay əvvəl  "Azərsu” Açıq Səhmdar Cəmiyyətində idarə rəisinin müavini vəzifəsinə təyin olunub. 
Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə "Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı verilib.
2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İndi isə keçək əsas məsələlərə. 
Birincisi, ondan başlayaq ki, İxtisasca inşaatçı (“Sənaye və mülki tikinti”) olan İlham Quliyev necə uzun müddət Kənd Təsərrüfatı Nazirliyində "Nəzarət-Təftiş (?!) idarəsinin rəisi işləyə bilərdi ? 
Bütün nazirliklərin “ən yağlı yeri”  Nəzarət-Təftişdir. Həm də axı İlham Quliyevin maliyyə  sahəsində anlayışı olmayıb. Belə olan halda bu adam böyük bir nazirliyin nəzarət-təftiş-maliyyə işlərinə necə rəhbərlik edə bilərdi ?
İlham Quliyevin  bu vəzifəyə təyin olunmasında, qohumu, o zamankı baş prokuror Zakir Qaralovun böyük xidməti olub. 
İnşaatçının nazirliyin Nəzarət-Təftiş İdarəsinə rəhbərlik etməsini qoyaq bir kənara. 
İlham Quliyev fermerlərə, sahibkarlara dövlət tərəfindən ayrılan milyonlarla subsidiyaların "bölüşdürülməsinə" nəzarət edib. Və İsmət Abbasov, Heydər Əsədov kimi nazirləri yola salıb. 
İlham Quliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin direktoru vəzifəsində çalışarkən  dövlətin ayırdığı  milyonları mənimsəyib. 
26 il nazir müavini işləyən İlham Quliyev  dövlətin fermerlərə, sahibkarlara ayırdığı milyonlarla  subsidiyaları mənimsəyərək, özü də milyonçuya çevrilib. Hətta bu məsələyə görə, İlham Quliyevi  qısa müddət  harasa aparıblar da. Ancaq  yenə də Zakir Qaralovun əli ilə “qapısını” açıblar. 
Ancaq Zakir Qaralovdan sonra  dayağını itirən və özünü “boz kardinal”  hesab edən İlham Quliyevi axır ki, nazir İnam Kərimov  çox çətinliklə 2020-ci ilin avqustunda vəzifəsindən uzaqlaşdıra bildi.  
Yəni  Zakir Qaralovun azad olunmasından  cəmi 2 ay sonra. Bu özü hər şeyi deyir. 
Ancaq kresloya öyrəşmiş İlham Quliyev  yenidən vəzifədə peyda oldu.
Sabiq nazir müavini bu dəfə  "Azərsu” Açıq Səhmdar Cəmiyyətində idarə rəisinin müavini vəzifəsinə təyin olunub. 
Əlbəttə,  İlham Quliyev üçün bu vəzifə çox kiçikdir. 
Ancaq  daxil olan məlumatlara görə, İlham Quliyevin iştahasından  Azərsu-nun sədr müavini olmaq keçir, çünki ən yaxın süfrə yoldaşlarından ikisi Zakir Quliyev və Rafiq Aslanov Azərsunun prezidenti olmaq  üçün dəridən qabıqdan çıxırlar. Bu başqa bir yazının mövzusudur.
İlham Quliyev bir zamanlar anlayışı olmayan sahəyə- Nəzarət-Təftişə rəhbərlik edib. 
İndi də  su haqqında anlayışı olmadan qurumda rəhbər olmaq istəyir. 
Bir də maraqlıdır ki, İlham Quliyev hansı vətənə qulluq edib ki, yaxasında "Vətənə xidmətə görə” ordeni daşıyır. 
Görəsən, İlham Quliyev bilmir ki, məişət pozqunundan  rəhbər olmaz ? 
Katibəsini qanunsuz yolla istismar edən, hətta uşaq doğuzduran adamın mənəvi haqqı çatırmı  rəhbər olsun ? 
Bir sözlə, İlham Quliyevə xeyli suallar var. 
Bu barədə növbəti yazıda.
P.S Azərsuda çoxlu qız-gəlinlərimiz işləyir. Məişət pozğununun belə yerdə işləməsi təhlükəlidir, inanmayanlar araşdıra bilər. /Gundelik-baku.com/скачать dle 12.1