İlqar Abbasovun “kassiri “ və bacanağı Etibar Yolçiyevin Suraxanıda onlarla obyekti var...


İcra  başçılarının rəsmi tərcümeyi- halına baxanda xeyli “boşluqlar-probellər”  görmək olar. Bəzən  15-20 illik  dövr haqqında yazırlar ki, müxtəlif  vəzifələrdə işləyib, sahibkarlıqla məşğul olub və s. 
Görəsən  “müxtəlif vəzifələrin”, yaxud  “sahibkarlıq  fəaliyyətinin adı-zadı”  yoxdurmu ?
Görəsən, Şirvanın icra başçısı  İlqar  Abbasov niyə yazmağa çəkinir ki,  uzun illər  Coca-Cola şirkətində çalışmışam, hazırda da ora şərikəm. Bunu yazmaq nə çətin məsələdir. 
Bunun əvəzinə yazır ki, 1979-2004-cü illərdə  sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. 
Ay adam, 25 il harada olduğunu, ümumiyyətlə, keçmişini gizlətməyin nə mənası var ? 
Əlbəttə,  cənab İlqar Abbasov  yazmağa utanır ki, adi bir sahibkar olduğum halda, yəni ömrüm boyu bircə gün də idarəetmə təcrübəm olmadığı  halda, məni gətirib paytaxt Bakının Nərimanov rayonuna icra başçısı qoydular. 
Doğrudan da,  dünyanın heç bir yerində belə möcüzə ola bilməz. Bunu ancaq İramis müəllimin sehrli çubuğu edə bilərdi. 
İlqar Abbasovla bağlı bir ibrətamiz olayı da danışaq. 
Deməli, İlqar Abbasov Suraxanının icra başçısı olanda rayonun Dədə Qorqud  qəsəbəsində  sahibkarlar hündürmərtəbəli binalar tikirdi. Binalar hazır olmaq ərəfəsində  İlqar Abbasov  bir gecədə binaları necə dağıtdısa, ətraf  Suriyanı, İraqı xatırladırdı. Sahibkarlar hətta binanı özləri söküb  materiallarını daşımaq istəsə də İlqar Abbasov buna da razılıq vermədi. Sonradan sahibkarlardan biri İlqar Abbasova zəng edərək, ona nələr demədi...və dedi ki, zamanı çatanda cavabını verəcəksən...
Nə isə, 25 il “gizli fəaliyyətlə” məşğul olan İlqar Abbasov  2004-2005-ci illərdə  Nərimanov, 2005-2019-cu illər Suraxanı rayonlarına  rəhbərlik edib. 2019- cu ildən isə  Şirvan şəhərinin icra başçısıdır. 
İlqar Abbasov həmişə deyir ki,  rayonları  “arendaya”  götürürüəm. 
Bəli, unutmaq lazım deyil ki,  biznesmenin cibi olur, onun üçün dövlət və millət  marağı deyilən şey yoxdur. 
Ona görə də biznesmen İlqar Abbasov üçün icra başçısı olmaq ən gəlirli biznes sahəsidir. 
İlqar Abbasov  Nərimanov rayonunda ən bahalı torpaqları  satdı, tikinti, obyekt və s adı altında milyonlar qazandı. 
İlqar Abbasovun bir xüsusiyyəti də var. 
Belə ki, hansı rayona gedirsə, qohum-əqrəbasını yığıb özünə müavin, köməkçi, şöbə müdiri aparır. Bir deyən yoxdur ki, ay yoldaş, bura dövlət qurumudur e, bu sənin üçün ailə arendası deyil, şirkət deyil.
Yuxarıda əbəs yerə  yazmadıq ki, bu adam üçün sanki dövlət anlayışı yoxdur, əsl tayfabaşıdır. 
Nə isə, Nərimanovdan sonra İlqar Abbasov uzun müddət, 14-15 il Suraxanıda lövbər saldı.  
Cənab başçı Suraxanıda da abadlıq,  insanların rifahını yaxşılaşdırmaq  əvəzinə ancaq torpaq alveri, tikintilərə icazə vermək  bazarlığı, özünün ticarət obyektlərini artırmaqla məşğul oldu. 
İlqar Abbasovun təyin etdiyi  icra nümayəndələri isə ancaq küçə ticarəti ilə məşğul olanlardan  aylıq pul yığmaqla məşğul olublar. 
Yuxarıda qeyd etdik ki, İlqar Abbasov hara gedirsə, qohum-əqrəbasını da özü ilə aparır. 
Təsəvvür edirsiniz, başçının Suraxanıda müavini və “kassiri “  bacanağı  Etibar Yolçiyev idi. 
Bu gün  Suraxanıda  Etibar Yolçiyevin  onlarla ticarət obyekti var. 
Şirvanın icra  başçısı İlqar Abbasov bu gün də Suraxanıdakı  obyektlərindən aylıq alır. 
Bəli, İlqar Abbasov Nərimanovda, Suraxanıda qazandığı  alış-veriş  təcrübəsini indi də Şirvanda tətbiq edir.
Hələ bu harasıdır ?
İlqar Abbasovun  icra başçısı olduğu  rayonda idarə müdirinin   süpürgəçi qadına  əxlaqsız  təklifi bir saatda  ölkə mediasının manşetini  zəbt etdi. 
Ancaq ən təəcüblüsü odur ki,  İlqar  Abbasovun  bircə dəfə də səsi  çıxmadı. Çünki özünün də qara əməlləri var axı…
Həm də İlqar Abbasovun başı  Şirvanda  30 min manata 1 sot torpaq satmağa  elə qarışıb ki…
Yeri gəlmişkən, İlqar Abbasovun problemləri də var,  yəni hərdən elə siyasi səhv buraxır ki…
Bəli, İlqar Abbasov bir  “dar məclisdə”  kefinin yaxşı vaxtı medianın ünvanına xeyli “tərif” yağdırarq, “Nə yazırlar yazsınlar vecimə də deyil”  deyərək, sonda ”Guya Prezident bilmir ki, biz icra başçıları nə edirik..” kimi  siyasi səhv  buraxıb. 
İlqar Abbasov, birincisi, medianın ünvanına dediyin “tərif”lərə  sən özün  layiqsən...
Unutma ki, Prezident  medianın dostudur. 
İkincisi, Prezident nə bilsin ki, sən Şirvanda hansı oyunlardan çıxırsan,  torpaqları neçəyə satırsan..?
Prezidentin məlumatı olan kimi o biri icra başçıları kimi səni də göndərəcək layiq olduğun yerə. 
Tələsmə, İlqar Abbasov, lap az qalıb...  
Yanındakı qohumlarına da  de, hazırlıq  görsünlər..
Karantin dövründə sahibkarlardan yığdığın pullarla bağlı isə  növbəti yazıda bəhs edəcəyik. /Gundelik-baku.com/скачать dle 12.1