Nə qədər yazmaq, nə qədər demək olar ki, bu icra başçılarının tərcümeyi-halına  diqqət edin, bu problemi yoluna qoyun. Amma faydası yoxdur. 
Azərbaycanda   “rayonları arendaya götürən”  şəxs kimi tanınan İlqar Abbasovun da  avtobioqrafiyası belədir. 
Söhbət   2004–2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2019-cu illərdə isə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı və hazırda Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsində çalışan cənab İlqar Abbasovdan gedir. 
Cənab İlqar Abbasov 1958-ci ildə anadan olub və  2004-cü ildə “vertolyotla”  Nərimanov icra hakimiyyətinə başçı gəlib. 
Bəli, vertolyotla. Çünki…
Bu adam 46 il harada olub, hansı vəzifələrdə çalışıb ? 
Bircə cümlə yazıblar: sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 
Sahibkarlıq fəaliyyəti geniş anlayışdır. Bu adam badımcan əkib, xiyar satıb, fermer olub, nə olub ? 
Bunu aydın yazmaq olmaz ? 
Bəlkə Coca-Cola-nın şəriki olub? 
Niyə yazmırsınız ?
Yaxşı heç bir saat idarəetmə təcrübəsi olmayan adam paytaxtın Nərimanov rayonuna necə başçı təyin olundu..?
Bəlkə bu məsələni  sabiq vergilər naziri Fazil Məmmədovdan soruşaq. 
İlqar Abbasov biznesdən vəzifəyə gəldiyi üçün  elə bilir ki, rayonları ona arendaya verirlər. Və rayonlara biznes obyekti kimi baxır. 
İlqar Abbasov hansı rayona gedirsə, özünün bacanağı və “kassiri”   Etibar Yolçiyevi də  özü ilə aparır. Etibar Yolçiyev rayonlarda əsasən torpaq biznesinə və ticarət obyektlərinə baxır. 
Bəli, ticarət obyektlərinə. 
Təsəvvür edirsiniz, hazırda bütün dünya koronavirus pandemiyası ilə vuruşur. İlqar Abbasov isə Şirvandakı paltar, ayaqqabı satan obyektləri  cərimələməklə  pul qazanır. 
Belə ki, karantin qaydalarına nəzarət adı altında Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndələri polis müşaiyyəti ilə obyektlərə girir, əsaslı səbəb olmadan sahibkarları iri məbləğlərdə cərimələməklə təhdid edirlər.
Bundan əlavə  İlqar Abbasov  Şirvanda abadlıq-yenidən qurma işlərini sahibkarların boynuna yükləyir və  büdcədən ayrılan pulları mənimsəyir. 
Görəsən, İlqar Abbasov, indi hansı rayonu “arenda”ya götürməyə hazırlaşır ?
P.S. Növbəti  yazıda İlqar Abbasovla Sabunçunun icra başçısı Adil Vəliyev arasında yaranan gərginliyə aydınlıq gətirməyə çalışacağıq.скачать dle 12.1