“Qala”  MMC-nin direktorunun  həyat yoldaşı Nəzakət Aşurbəyova 9 il həbs cəzasından necə azad oldu? 

Direktor Vüqar  Hüseynov hansı hakimin əli ilə xanımını  həbsxanadan xilas etdi ? 
 

Sözün düzü, Azərbaycanda  müxtəlif məhkəmə proseslərini izləmişik, amma bu miqyasda məhkəmə prosesini təsəvvürə gətirə bilməzdik. 
Təkcə bir faktı qeyd edək ki, bu cinayət işində  8500 şikayətçi,  4500 nəfər şahid var. Və 38 nəfər həbs edilib. 
Cinayət işində az qala Cinayət Məcəlləsinin bütün maddələri var. 
Konkret desək həbs olunan şəxslər Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 218.3-cü (cinayətkar birlik (təşkilat) yaratma, bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunurlar.
Məluamat üçün qeyd edək ki, "Qala BTX" MMC, "General" MMC və "Azər Mühafizə" adlı özəl mühafizə şirkətlərinin  direktoru  Vüqar Hüseynov və həyat yoldaşı  Nəzakət Aşurbəyova, şirkətin  müxtəlif fililalların rəisləri, rəis müavinləri  ölkədə böyük bir cinayətkar şəbəkə yaradıblar. 
Və dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, ölkənin digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər. 
Məhkəmə 38 nəfər dəstə üzvünə 300 il, direktorun həyat yoldaşı Nəzakət Aşurbəyovaya isə 9 il cəza verib.
Redaksiyamıza daxil olan məlumata görə, həbsxanada olan   Vüqar Hüseynov  məhkəmə hakimlərindən birinin əli ilə 9 il cəza alan həyat yoldaşı Nəzakət Aşurbəyovanı  azadlığa  buraxdıra bilib. 
Bu barədə növbəti sayımızda. 
Ən maraqlısı odur ki, “Qala” MMC  hər il  Daxili İşlər Nazirliyindən  lisenziya  alıb və  Ədliyyə Nazirlyindən qeydiyyatdan keçib.
 /Gundelik-baku.com/скачать dle 12.1