İlham Quliyev 10 il harada işlədiyini niyə gizlədir ? 

Sabiq nazir müavini İlham Quliyev haqqında təkcə onu deyə bilərik ki, bu adam  5 nazirlə işləyib, həmişə də nazirliyin “qara kassası” olub. 
Kimin şübhəsi varsa, buyurub  tanış ola bilər. 
İlham Quliyev  1993-1994-cü illərdə  kənd təsərrüfatı naziri  Müzamil Abdullayevlə,  1994-2004-cü illərdə nazir İrşad  Əliyevlə,  2004-2013-cü illərdə nazir İsmət  Abbasovla, 2013-2018-ci illərdə nazir Heydər Əsədovla, 2018-2020-ci illərdə isə nazir İnam Kərimovla işləyib. 
Yəni İlham Quliyev 28 il Kənd Təsərrüfatı Nazirliyində  maliyyə-nəzarət-təftiş məsələlərinə baxıb və üstəlik nazirliyin fermerlərə, sahibkarlara verdiyi milyonlarla subsidiyaların “başında” dayanıb. 
Birincisi, 5 naziri  yola vermək, 5 nazirlə dil tapmaq özü  İlham Quliyevin hansı fərasət sahibi olduğunu göstərir. 
İkincisi, bu adam inşaat mühəndisi olduğu halda, 28 il Kənd Təsərrüfatı Nazirliyində maliyyə məsələlərinə necə baxa bilərdi ? 
Deməli, ortada  ciddi dayaq, yəni “krışa”  olub. 
Bəli, İlham Quliyev riyazi cəhətdən çox savadsız  bir əyalət adamı olduğu halda  bu boyda vəzifələri  daşıya bilməzdi. 
Onu bu mühüm  vəzifələrdə  saxlayan məhz o zamankı baş prokuror  Zakir Qaralov olub. 
Zakir Qaralovun tapşırığı ilə nazirlər  İlham Quliyevə toxuna bilməyib. 
Və Zakir Qaralov baş prokuror vəzifəsindən gedən kimi  İlham Quliyevi vəzifəsindən uzaqlaşdırdılar. 
Təkcə uzaqlaşdırmadılar, deyilənə görə nazirliyin koridorunda möhkəm döyüb burnunu sındırdılar. 
İlham Quliyevin  milli mənəvi dəyərlərimizə uyğun olmayan, mentalitetimizə zidd olan hərəkətləri barədə çox yazmaq olar. 
Onun  100 milyonlarla   subsidiyaları  banklarla danışıb  necə “obnaliçka”  etməsi barədə uzun-uzadı yazmaq olar. 
Təkcə bir məsələyə toxunaq. 
İlham Quliyev   10 il harada işlədiyini  ciddi şəkildə  gizlədir və yazır ki, müxtəlif dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb. 
Necə yəni MÜXTƏLİF...necə yəni  RƏHBƏR...
Bu müxtəlif dövlət orqanlarından birinin adını çəkə bilməzsənmi, cənab əyalət adamı ? 
Niyə çəkmirsən ? 
Çünki divin canı şüşədə olan kimi  sənin də canın, daha doğrusu, əməllərin  orada gizlənib...
Bəli,  İlham Quliyev döyülüb, nazir müavini vəzifəsindən uzaqlaşdırılan kimi  yeni vəzifə axtarmağa başladı.  
Və lövbərini  “Azərsu” ASC-yə salaraq İdarə rəisinin müavini oldu. 
Elə bilirsiniz, İlham Quliyev  “Azərsu”da  hansısa idarənin rəis müavini olmaq istəyir ?
Əsla. Bu adamın könlündən başsız qalan “Azərsu”da  rəhbər olmaq keçir. 
Amma unudur ki, Zakir Qaralovun kitabı artıq bağlanıb, onun daydayısı Ramiz Mehdiyevisə vəzifədən uzaqlaşdırıblar. Zakir Qaralovun  başı  “Akkord”un borclarına qarışıb. 
İlham Quliyev bir  şeyi də unudur ki, məişət pozqunundan, mənəviyyatsız  adamdan rəhbər işçi olmaz. İşlədiyi müxtəlif qurumlarda uşaq doğuzdurmaqla, mamaçalıqla məşğul olan birisinə vəzifə etibar etmək, suyumuza, əxlaqımıza  haram qatmaq kimi bir şey olar. 
Bu adamı  vəzifələrdən “deport”  etmək lazımdır ki, layiq olduğu cəzanı alsın. 
Hətta  bu adamın 28 il dövlətdən oğurladığı milyonlar dövlətə qaytarılmalıdır. /Gundelik-baku.com/скачать dle 12.1