Özünün Londonda 30 milyonluq mülkü, xanımının isə  Bakıda 10 milyonluq  restoranı olan Bayramov 

Demək olar ki, hər gün mediada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov haqqında şok  “biznes  xəbərə”  rast gəlirik. 
İki gün öncə  Niyazi  Bayramovun xanımına məxsus olan  restoran aşkar edildi. 
Bəli, Bakı şəhəri, Səbail rayonu, Z. Əliyeva küçəsi ev 97 ünvanında yerləşən  "D'lite Restaurant & Cafe"ni  icra başçısının xanımı  idarə edir. 
Sözügedən restoran Niyazi Bayramovun oğlu fiziki şəxs Bəhram Bayramovun adına qeydiyyatdan keçirilib. 
Onsuz da icra başçılarının çoxunun biznesmen olması, milyonluq biznesi idarə etməsi heç kimə sirr deyil. 
Hətta 44 günlük müharibənin getdiyi, şəhid cənazələrinin gəldiyi zaman  Niyazi Bayramovun  Londonda 30 milyon dəyərində mülk alması xəbəri mediada yayıldı. 
Təsəvvür edirsiniz bu adam  şəhidin anasını aylarla qəbul etmədiyi üçün qadın intihar etməyə məcbur olmuşdu. 
İcra başçısı  Londonda 30 milyona mülk ala bilir, amma şəhidin vaxtilə  yaşadığı küçəyə 2 işıq dirəyi basdırmağa “imkanı yoxdur”. 
Guya ki, icra başçısı Niyazi Bayramov Qarabağ veteranıdır, özü də polkovnikdir. Bundan soruşan yoxdur ki, neçənci ildə, hansı bölgədə döyüşmüsən ? 
Bu adam  Mingəçevir şəhərinin icra başçısı olanda  Kür boyu münbit  torpaqları sataraq milyonçuya çevrildi. 
Niyazi Bayramovun adı  bir rüsvayçı  əməldə də hallanır. 
Belə ki,  ermənilərin  atdığı raket nəticəsində Gəncədə evləri  zədələnən  vətəndaşlara dövlət tərəfindən verilən pulları  Niyazi Bayramov  mənimsəyib,  hətta  ev sahiblərinə  15 minə qol çəkdirib  2 min verib. 
Niyazi Bayramovun icra başçısı təyin olunmağında qudası, keçmiş idman naziri mərhum  Azad Rəhimovun böyük xidməti  olub. 
Bir neçə gün öncə  o da məlum oldu ki, Niyazi Bayramov  Gəncənin yollarını “kraskalamaq”  üçün 5 MİLYON MANAT dəyərində “kraska”  sifariş verib. Özü də  tenderdə yaxın dostunu qalib elan edib. 
Ümumiyyətlə, Niyazi Bayramov  tenderlər vasitəsilə dövlətin milyonlarını mənimsəyir. 
Bu adamdan  soruşan yoxdur ki,  5 milyona  “kraska” olar?
Gündəlik-Bakı olaraq  Niyazi Bayramovun əməlləri ilə bağlı dərc etdiyimiz araşdırma yazılarına görə, onun şöbə müdiri  Azər  İbrahimov dəfələrlə redaksiyamıza  zəng edərək, görüşməyi, “bazarlıq”  etməyi, “problemi yoluna qoymağı”  təklif edib. 
Atalar yaxşı deyib ki, “Ağası Gülüm olanın...”
Bəli, Niyazi Bayramov və  “komandası”  bazar təfəkkürü ilə işləyirlər. 
Sözün qısası,  Niyazi Bayramov  hər gün medianı özü ilə bağlı şok  xəbərlə təmin edir. 
Belə ki, Gündəlik-Bakıya daxil olan son məlumata görə, yaxın zamanda  ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə  və səlahiyyətli  səfiri Polad Bülbüloğlu  geri çağırılacaq.
Və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  Polad  Bülbüloğlunu əvəz edəcək. 
Məlumat üçün qeyd edək ki, Polad Bülbüloğlu 16 ildir ki, səfir vəzifəsini daşıyır. 
Görəsən, Mingəçeviri, Gəncəni talayan Niyazi Bayramov  səfir olarsa, hansı əməlləri törədəcək?
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/скачать dle 12.1