Gəncə şəhərində ciddi idarəetmə problemi var...
Şairlərimizdən birinin gözəl bir şeiri var ee...
Kimi aldadırsan, ay zalım oğlu ..?
Gəncə şəhərinin icra başçısı Niyazi Bayramovun əməlindən bəhs edən videomateriala baxanda şairin şeiri yadıma düşdü.
Deməli, sosial şəbəkələrdə Prezidentin səfərindən sonra Gəncə şəhərində lentə alınan görüntülər adamı dəhşətə gətirir.
Belə ki, paylaşılan video və fotolarda "Nizami" küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacların Prezidentin səfərindən sonra çıxarılaraq, maşına yığıldığı görünür.
Paylaşılan görüntülər sosial şəbəkədə insanlar tərəfindən bir mənalı qarşılanmayıb. Sakinlər bildiriblər ki, Gəncə şəhərində bu kimi özbaşınalıqlar baş alıb gedir.
Deməli, cənab Prezidentin Gəncə səfərinə hazırlıq görən, icra başçısı Niyazi Bayramov tələsik ağacları yolların qırağına əkdirib ki, Prezident keçəndə görsün və səfərdən sonra maşına yığıb aparıblar.
Bu məmurlar başa düşmür ki, belə hoqqabazlıqlar dövrü çoxdan başa çatıb.
İndi internet, sosial şəbəkə dövrüdür. Nəyi isə cəmiyyətdən gizlətmək mümkün deyil. Və Niyazi Bayramovun ölkə başçısını aldatması da mümkün olmadı.
Bu məsələ Niyazi Bayramova yəqin ki, layiq olduğu yeri göstərəcək.
Oxucular soruşur ki, görəsən, Gəncə icra hakimiyyəti bu videoya niyə reaksiya vermir?
Nə reaksiya versin ? Nə desin ?
Ümumiyyətlə, götürsək, ölkənin ikinci böyük şəhəri olan Gəncədə neçə illərdir ki, ciddi idarəetmə problemi var.
Uzun illər Gəncəyə rəhbərlik etmiş Elmar Vəliyevlə bağlı baş verənlər ciddi siqnal idi.
Yaxud polis rəsinin icra başçısına kəllə vurması və digər olaylar Gəncədə idarəetmədə ciddi problemdən xəbər verir.
Niyazi Bayramov 7 il Mingəçevir şəhərinin başçısı olanda demək olar ki, Kür boyu münbit ərazilərin hamısını öz dədəsinin torpağı kimi sataraq milyonçuya çevrildi.
Hətta 44 günlük Qarabağ müharibəsinin qızğın vaxtında övladına Londonda 30 milyonluq mülk aldı.
Bu yaxınlarda Niyazi Bayramovun həyat yoldaşının Bakı şəhərində 10 milyonluq restoranı tapıldı. Və daha nələr…
Keçmiş gömrük polkovniki olan Niyazi Bayramov neçə illərdir cibində Qarabağ müharibəsi veteranı vəsiqəsini gəzdirərək cəmiyyəti aldadır.
Niyazi Bayramov Gəncədə abadlıq adı altında dövlətin 22 milyon manatını öz yaxın dostunun şirkətinə köçürərək, mənimsəyib.
Niyazi Bayramov hətta ermənilərin atdığı raketdən evi dağılan şəxsləri də aldadıb. Belə ki, dövlətin verdiyi 13 minə qol çəkdirib və vətəndaşa 2 min manat verib.
Deməli, beləsindən hər şey gözləmək olar.
Yəni bu adam 15 ildir cəmiyyəti aldada-aldada gəlir.
İndi də Prezidentimizi aldadıb?
Bu məsələ Niyazi Bayramova yəqin ki, layiq olduğu yeri göstərəcək. /Gundelik-baku.com/
Kimi aldadırsan, Niyazi Bayramov ? - Gəncədə rəzalət: Prezidentin səfərindən sonra yaşıllıq yoxa çıxdı...
11
fevral
18:45

Qarabağ
KOMMENTLƏR
Niyazi Bayramovun “GƏNCƏ XANLIĞI”- Niyazi Bayramov Prezidenti necə aldatdı…?
Gəncənin icra başçısı Niyazi Bayramovun HƏBSİ an məsələsidir…- Şəhid atasına hörmətsizlik edən başçı….
Başqasının fəlakəti üzərində özünə biznes quran Niyazi Bayramov... - Hansı daha dəhşətlidir: Erməni terroru, yoxsa məmur terroru..?
Niyazi Bayramov yola salınır?
Niyazi Bayramov GƏNCƏNİ SATIŞA ÇIXARIB... - ŞIDIRĞI ALVER GEDİR...
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı