Nəcməddin  Sadıkovun SAĞ ƏLİ  Xəqani Cəbrayılovun əməlləri 

General Nizami Məmmədov həbs olundu…növbə  Xəqani Cəbrayılova çatdı…

Biznesmen generalın  mülkləri….

44  günlük  Zəfər savaşından sonra Müzəffər  Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli  Ordumuzun  sayəsində  30 ildir işğal altında qalan torpaqlarımız  44 günə  azad edildi. 
Təsəvvür edirsiniz, 30 il və 44 gün...
Açıq danışaq ki, bu işğalın  30 il uzanmasında təkcə uzaq-yaxın qonşuların, dünya güc mərkəzlərinin deyil....həm də öz daxilimizdəki SAPI ÖZÜMÜZÜDƏN olan GENERALLARIN  da “xidməti”  az olmayıb.
Belə generallardan biri də  Xəqani Cəbrayılovdur. 
Bu mövzuya keçməzdən öncə qeyd edək ki, Zəfər savaşından  sonra 30 ildə Milli Ordumuzda, daha doğrusu, onun rəhbərliyində bir təmizlənmə əməliyyatı başlandı.
İlk olaraq  44 günlük müharibədə Müdafiə Nazirliyini Baş Qərargah rəisi  Nəcməddin Sadıkovu görən olmadı. 
Bu o demək idi ki, artıq Nəcməddin Sadıkovun qələmi qırılıb. 
Ancaq müdrik atalarımız demiş, ələkçinin qıl verənləri olan kimi, bu 30 ildə  Nəcməddin Sadıkovun da qılverənləri var idi. 
Bəli, qələbədən sonra  bir çox generallar  tarixin arxivinə göndərildi. Amma cəzasız qaldılar....
Cənab Prezident İlham Əliyev deyir ki, nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm...
İndi  həmin zaman çatıb və 30 il millətimizə xəyanət edən generallar qanun qarşısında cavab verməli olacaqlar. 
Bir neçə gün öncə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olundu. 
Və  general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanıldı. 
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami  Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi. 
İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon  miqdarda mənimsəmədə təqsirləndirilir.
Bəli, indi də növbə  general  Xəqani Cəbrayılova  çatıb. 
Düzdür, 44 günlük müharibədən sonra  Nəcməddin Sadıkovla bərabər  Xaqani Cəbraylov da ordudan kənarlaşdırıldı. 
Amma qarşıda HƏBS VAR..
Xəqani Cəbrayılov  ordumuza qarşı törətdiyi əməllərə görə  cavab verməldir. 
Vaxt var idi Xəqani  Cəbraylov  gənc əsgərlər  qarşısında vətənə xəyanətdən-zaddan  danışırdı, amma əsgərlərdən biri onun qarşısına çıxaraq xəyanət edən sənin kimi olar. Sənin....
İndi kimin vətən xaini olub-olmadığı bilinəcək, cənab Cəbrayılov...
Ordunun və əsgərlərin hesabına sahib olduğun bu mülklərin hesabı səndən sorulacaq, “Xaqaniyev Cəbrayıl” deməyin yadından çıxmayıb ki? Elə bilirsən ki, sən bütün milləti çaşdım deyə aldatmaqla sənin hansı hiylə işlətdiyini biz bilmədik? Bu başqa yazının mövzusudur.
Xəqani Cəbrayılovun və qardaşının mülklərinin siyahısı aşağıdakılardır:
-Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri,
- Sumqayıt şəhərində restoran, kafe və marketləri,
- Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoranı, 
-Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması, 
- Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi,
- Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı və s 
Bunları hansı pulla əldə etmisən, Xəqani Cəbrayılov ? 
Bu boyda sərvətin sahibi olan general səndən bir gün soruşacaqlar ki, bunları necə, hansı yolla əldə etmisən ? 
Yaxud Şəhrizad xanımın MAXE düzəltdiyi  şəxslərdən aldığınız pulları necə bölmüsünüz ? Gözü yaşlı qalan Floranın ah-naləsini deyirdin bəs eşidən olmayacaq?
Kürdəxanı səni gözləyir, cənab biznesmen general  Cəbrayılov.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

скачать dle 12.1