Baş Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Baş Prokurorluqdan daxil olan məlumatda deyilir:
“Aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmamışdır.
İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş Prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb.
Belə ki, Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən, gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.
Baş Prokurorluqdan jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
30
iyul
14:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat