Hərdən özümə deyiblər ki, ay müəllim, vətəndaş niyə qəzetə, sayta müraciət edir ee...qoy müvafiq dövlət qurumlarına müraciət eləsin və məsələni həll edək dəə..
Eyy cənab məmurlar !
Siz elə bilirsiniz ki, biz vətəndaş şikayətlərindən həzz alırıq, bəlkə məmnun oluruq ?
Əksinə mənfi enerji, əzab və üstəlik az imkanlarımız daxilində vətəndaşın şikayətini araşdırmaq, saatlarla telefondan sallaşmaq, cavab ala bilməmək və s..
Başa düşdünüzmü..?
Cənablar, bizim SLUJBA-mız yoxdur ee.. Az imkanlarımızla çalışırıq ki, narazı vətəndaşa kömək edək, vətəndaş dövlətimizdən, Prezidentimizdən narazı qalmasın. Siz bunu başa düşürsünüzmü?
Hələ bir minnət vurursunuz ki, niyə vətəndaş mediaya müraciət edir ?
Guya bizim xoşumuza gəlir. Dövlətdən çox yüksək maaş alırsınız, əziyyət çəkin vətəndaşı normal qəbul edin və vətəndaş mediaya üz tutmasın.
Neçənci dəfədir ki, üzünü görmədiyimiz vətəndaş, Fizuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan məcburi köçkün İsmayılov Elnur Mənsur oğlunun (055-712-11-12) şikayətini dərc edirik. Vətəndaş bu gün də yenidən Gundelik-baku.com-un elektron poçtuna müraciət edərək, az qala yalvarır. Ki, mənim şikayətimə baxın.
Cənab Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov!
Sizin yaxın çevrəniz bilir ki, Sizə, şəxsinizə hörmətimiz var. Amma ətrafınıza deyin ki, bu insanların problemini həll etsinlər. Ya da qəbul edib dərdini dinləsinlər. Biz şikayət məktubları dərc etməkdən bezmişik.
Hörmətli Qorxmaz müəllim !
Bizim millətimiz çox rahat millətdir, onu dinləyə bildinsə, problemin 50 faizi həll olunur. Əsas məsələ vətəndaşı dinləməkdir.
Biz də bilirik ki, sizin SEHRLİ ÇUBUĞU-nuz yoxdur ki, bir dəqiqəyə problem həll olunsun. Amma bu zavallı insanları dinləmək lazımdır.
Biz demirik ki, ee, şikayətçinin hamısı süddən çıxmış qaşıqdır. Amma dinləmək, düz yol göstərmək lazımdır. Ki, vətəndaş dövlətdən və Prezidentdən narazı qalmasın. Məmurun xırda bir səhvi, kobud davranışı XALQ-la HAKİMİYYƏT arasında UÇURUM yaradır. Biz gundelik-baku-com olaraq bunu istəmirik.
Gundelik-baku-com dövlətlə vətəndaş arasında uçurumun olmasını istəmir-Qorxmaz Hüseynova səmimi müraciət
18
sentyabr
14:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat