"Məlikçobanlı palçıq vulkanında monitorinqlər və ölçmə işləri başa çatıb".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov deyib.
O bildirib ki, mayın 27-də Şamaxı şəhərinin 12 km cənub qərbində püskürən Məlikçobanlı palçıq vulkanında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən monitorinq və müvafiq ölçmə işləri aparılıb: "Monitorinqlərin nəticələrinə görə, vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 0,5 hektara qədər əraziyə yayılıb. Vulkanın krateri püskürmə məhsulları ilə örtülüb, 150 metr uzunluğunda radial çatlar əmələ gəlib. Püskürmə məhsullarının qalınlığı vulkanın mərkəzində 1 metrə yaxın, kənarlarda isə 0,2 metr təşkil edib. Hazırda vulkan aktivliyini tam dayandırıb".
Qeyd edək ki, sözügedən vulkan 1810-cu ildə qeydə alınıb və bu günədək 4 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1977-ci ildə baş verib.
Məlikçobanlı palçıq vulkanında
30
may
13:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat