"Azərbaycan Ordusu Qarabağın qanunsuz işğalına beynəlxalq hüquq çərçivəsində və insan haqlarına, ətraf mühitə diqqət yetirməklə son qoyub. Bizə bu zəfəri yaşadan Azərbaycanın qəhrəman övladlarına və onun Ali Baş Komandanına eşq olsun!"
Bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
O bildirib ki, Azərbaycanın qəhrəman övladları əsgər olaraq cəbhədə, mülki əhali olaraq öz evlərində, siyasətçilər isə masa arxasında Ali Baş Komandanın idarəsi altında diplomatik və siyasi incəliklə dünya tarixinin gördüyü ən böyük qələbələrdən birini qazanıb:
“Bəşəriyyət Azərbaycanın bu qələbəsini “İnsani zəfər” olaraq qəbul edəcək, çünki Azərbaycan beynəlxalq hüquqa, insan haqlarına və təbiətə, döyüş hüququna riayət etməklə üstün olduğu halda belə məğlub tərəfə barış əlini uzadıb”.
Y.Topçu əlavə edib ki, Qarabağ Qafqazın və Türk millətinin ikinci Çanaqqalasıdır və Azərbaycanın qələbəsi həm də qərarları 28 ildir ki, icra olunmayan BMT-nin nüfuzunu da bərpa edib. (Trend)
“Bəşəriyyət Azərbaycanın bu qələbəsini “İnsani zəfər” olaraq qəbul edəcək” - Yalçın Topçu
11
noyabr
10:21

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat