Deputat Könül Nurullayeva elə bir “gül” vurub ki, səfir Polad Bülbüloğlunun açıqlaması yanında “toya gtməlidir”.
Xanım deputatın video çıxışı sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq ya məsxərəyə qoyulurr, ya da tənqid atəşinə tutulur.
Reportyor.info xəbər verir ki, Könül Nurullayeva Azərbaycan prezidenti İlham Əliyev qazilərlə görüşündə səsləndirdiyi fikirlərin tam əleyhinə gedib.
Prezident qeyd etmişdi ki, Ermənistan işğal etdiyi ərazilərimizə, o cümlədən cəbhədən uzaq şəhərlərimiz, mülki əhalimizə vurduğu ziyana görə beynəlxalq məhkəmələrə veriləcək, təzminat tələb olunacaq.
Amma deputat K.Nurullayeva “qaş düzəldən yerdə, göz çıxarıb”. O, türk jurnalistin sualını cavablandırarkən deyib ki, təzminat önəmli deyil.
Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı çöküb, əhalinin sosial şəraiti acınacaqlı vəziyyətdədir, bu səbəbdən Azərbaycanın düşmən ölkədən təzminat tələb etməsi o qədər də önəmli deyil.
Görəsən, Ermənistanın səfalət içində yaşaması, xarici borclarının olması, iqtisadi durumunun ağırlaşması dərdini K.Nurullayeva niyə çəkir?
Əgər Prezident Ermənistantdan kompensasiya tələb olunacağını açıqlayırsa, naməlum şəkildə deputat mandatına sahiblənən K.Nurullayeva nə üçün ölkə rəhbərliyinin və Azərbaycanın istəklərinə zidd danışır?
Hələ onun köməkçisi redaksiyamızla əlaq saxlayaraq bizi inandırmağa çalışırdı ki, tənqidləriniz obyektiv deyil, xanım deputat fəal çalışır, xarici dildə mükəmməl çıxış edir.
Azərbaycan dilində ölkənin mövqeyini normal türk ictimaiyyətinə çatdıra bilməyən deputatın əcnəbi dildə nələr deyəcəyini fikirləşəndə adamın tükləri biz-biz olur.
Hələ bu azmış kimi, deputatın köməkçisi bizə deyirdi ki, sizin saytınızı oxuyan kimdir, nə yazmağınızın bir əhəmiyyəti yoxdur.
Bu sözü cavabsız qalmamışdı, Reportyor.info-nun baş redaktoru Arifə Əliyeva deputatın köməkçisinin nəzərinə çatdırmışdı ki, siz oxuyursunuz, kifayətdir.
Ona görə də bizim “oxunmayan” saytımızı izləyənlər bir daha gənc deputatın açıqlaması ilə tanış olsunlar, görsünlər ki, Ermənistana necə qahmar çıxır, onların yoxsulluq, səfalət içində düşməsinə ürəyi yanır…
XalqXeber.Az
Könül Nurullayeva ermənilərə qahmar çıxdı, elə bir “gül” vurdu ki…
13
noyabr
11:54

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat