Prezident İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,
Qabon Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost Qabon xalqına əmin-amanlıq və rifah diləyirəm".
Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik üvanlayıb. Təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan-İndoneziya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Prezident iki həmkarını təbrik etdi
17
avqust
13:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat