Ötən gün 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin qızı Aygün Abdullayeva atasının vəsiyyətini açıqlayıb.
Yenicag.az-a açıqlama verən Aygün atasının dünyasını dəyişməzdən öncə vəsiyyət etdiyini bildirib:
“Atam vəfat etməzdən öncə mənə dedi ki, üç vəsiyyətim var, bunları mütləq şəkildə yerinə yetirərsiz. Vəsiyyət elədir ki, onu mütləq yerinə yetirməliyik. Birinci vəsiyyəti bu idi ki, Füzli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini tanınmış aparıcı Nanə Ağamalıyevaya verək. Çünki atam ona hər zaman diqqət-qayğı göstərən Nanəni çox istəyirdi. Halal xoşu olsun, övlad olaraq halallığını verirəm. İkinci vəsiyyəti bu idi ki, onu anamın yanında dəfn edək. Demişdi, birdən məni Fəxri Xiyabanda dəfn etməyi məsləhət görərlər, buna görə dövlətimizə təşəkkür edərsiz, amma məni ananızın yanında dəfn edərsiz.
Üçüncü vəsiyyəti də mənimlə bağlıdır. Yaşadığı evi mənə bağışladı”.
Dədə Süleyman evini Nanəyə vəsiyyət edib
24
oktyabr
16:35

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər