“Disko rəqqası” filmi ilə tanınan hind kinorejissoru Babbar Sübhaş rus aktyorlarının iştirakı ilə yeni musiqili film çəkməyə hazır olduğunu açıqlayıb. Onun sözlərini TASS sitat gətirib. “Hər şey müasir olmalıdır, çünki o film 40 il əvvəl çəkilib. Amma yeni kino çox rəqsli və çox musiqili olmalıdır”, - deyə rejissor deyib. Sübhaşın fikrincə, əsas personaj yaraşıqlı deyil, yaxşı rəqqas olmalıdır. Rejissorun izah etdiyi kimi, yeni layihədə müasir musiqidən istifadə edilməlidir: “Biz, məsələn, rep gətirməliyik. Tamaşaçı yeni bir şey görsün”. скачать dle 12.1