Aktyor Taleh Yüzbəyov 36 yaşına qədəm qoyub.
Sənətçi doğum günü ilə bağlı sosial media hesabında paylaşım edib. O builki planlarından söz açıb:
“30-dan sonra açığı ad günləri əvvəlki kimi elə də xüsusi bir gün kimi gəlmir mənə. Məncə Dünyaya gəlməyin ən üstün cəhəti elə bu Dünyada olmaqdır. Bu şansı qazanmaq. Daşdan alət düzəldən bir növün Metavers kəşf eləməyinə qədər uzanan yolun bir parçası olmaqdadır məna. Bu yolda insanlar üçün nəsə etməkdə, həqiqəti axtarmaqda, insanları sevməkdə, Dünyada olanların qədrini bilməkdədir gözəllik. Heyif ki, insan ömrü bu prosseslərin hamısını görməyə, bu yolun böyük bir hissəsində getməyə yetmir. Amma yaşamağa dəyər. Hər günü ad günün olmuş kimi yaşamağa!
36 rəqəmi həmişə mənə niyəsə doğma gəlib. Hətta bir dəfə demişəm ki, bu yaş ya ən uğurlu, ya ən uğursuz yaşım olacaq. Mən uğurlu olmasına inanıram. Bu yaşda görəsi çox işim var. Bir tammetrajlı film, bir tamaşa, bir serial və çoxlu video hazırlamağı və daha böyük işləri görməyi planlaşdırıram. Təki Allah mənə güc və vaxt versin! Uzun fasilədən qayıtmağın vaxtıdır.
Məni təbrik edən hamıya təşəkkür edirəm. Yaxınlarıma hər şey üçün çox sağol deyirəm. Səhv və düzlərlə həmişə ən yaxşısına cəhd eləmişəm. İstəmişəm heç kəsi incitməyim. Həmişə vicdanlı olmağa çalışmışam. Bundan sonra da elə yaşayacam.
Hamınızı öpürəm, hörmətlə, 36 yaşı olub 46 kimi görünən Taleh Yüzbəyov”.

скачать dle 12.1