27 sentyabr-10 noyabr aralığında Şanlı Orduz 30 ildir işğalda olan yüzlərlə kənd, qəsəbə, şəhəri düşməndən azad etdi. Hər kəs o torpaqlara gedəcəyi günün həsrətindədir.
Modern.az saytının əməkdaşı işğaldan azad edilmiş rayonların parlament təmsilçilərindən hazırkı şəraitdə öz torpaqlarına gedib-getmədiyini öyrənməyə çalışıb.
Ağdam şəhərinin deputatı Bəxtiyar Əliyev hələ ki gözləyir:
“Bütün Ağdam ermənilər tərəfindən dağıdılıb, tanınmaz hala salınıb. Ağdama böyük qayıdış olacaq. Bununla bağlı ciddi işlər görülməlidir. Bütün ağdamlılar ora qayıtmaq həsrəti ilə yaşıyırlar. İnşallah, minlar təmizlənəndən sonra oranı gedib ziyarət etmək mümkün olacaq.
Biz ilk növbədə insanlarımızı və onların təhlükəsizliyini düşünərək səbr etməliyik. Ağdam minalardan təmizlənərək, təhlükəsizlik təmin olunandan sonra gedib oranı ziyarət edəcəm”.
Ağdamın kənd ərazisinin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov:
“İnşallah, yollar açılandan, tövsiyyə olunandan sonra təbii ki, gedəcəm. İndiki halda getmək çox təhlükəlidir. Çünki erməni dığaları çıxarkən oranı minalayıblar. Hərbi komendatura ora köçüb, fəaliyyətə başlayandan sonra bizim də ora getməyimiz gerçəkləşəcək”.
Cəbrayıl rayonunun deputatı Ceyhun Məmmədov:
“Mən hələ ki Cəbrayıla şəkillərdən, videolardan baxıram. Cəbrayıl rayonunda təmizləmə işləri getdiyi üçün səfər etmək çətindir. Əlbəttə ki, getməyi planlaşdırıram. Lakin ermənilər çıxdığı vaxt ərazini minaladığı üçün ora getmək təhlükəlidir. Fürsətdən istifadə edərək, xalqa demək istəyirəm ki, səbr etsinlər. Təmizləmə prosesi başa çatandan sonra hər kəsə getmək üçün şərait yaradılacaq”.
Deputatlar işğaldan azad olunmuş ərazilərə niyə getməyib?
27
noyabr
11:35

Qarabağ
KOMMENTLƏR
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollardan DANIŞDI
“Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu” - Ali Baş Komandan
“Zəngilanda ev tikdirəcəm“ - Tanınmış ifaçı
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər