Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ABŞ konqresmenlərinin Ermənistanın işğalı altındakı Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirib.
Bakisesi.com xəbər verir ki, o, report-un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən bütün xarici ölkə vətəndaşlarına münasibətdə eyni yanaşma tətbiq olunur: "ABŞ Konqresinin üzvləri Frenk Pallon və Ceki Spier bir neçə il bundan öncə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdikləri üçün adları “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşlar” siyahısına daxil edilmişdi. Bu yaxınlarda qanunsuz səfər edən Judi Çunun adı da sözügedən siyahıya daxil edilib. Konqresin bu üzvlərinə münasibətdə Azərbaycan ərazisinə giriş məhdudiyyəti tətbiq edilməklə yanaşı, bu məsələ ilə bağlı narazılıqlarımız Dövlət Departamentində və Ağ Evdə keçirilən görüşlər zamanı tərəfimizdən qaldırılıb. Ölkəmizin ABŞ-dakı Səfirliyi Dövlət Departamenti və Konqresə rəsmi məktublar ünvanlayıb".
Biz hiss edirik ki, Administrasiyanın özü də Konqres üzvlərinin ABŞ-ın rəsmi siyasətinə uyğun gəlməyən və təxribat xarakterli addımlarından məyusdur. Faktiki olaraq, Konqresin bəzi ermənipərəst üzvlərinin bu kimi məsuliyyətsiz davranışı ABŞ siyasətinə zidd olmaqla yanaşı, həm də ATƏT-in Minsk Qrupunun həmsədri qismində bu ölkənin ümumilikdə sülh prosesindəki səylərinə xələl gətirir. Baxmayaraq ki, bir müddət öncə Konqresin üzvü Judi Çu bölgədə dayanıqlı sülhü görmək istədiyini bəyan etsə də, təəssüf ki, elə onun öz hərəkətləri sülh perspektivlərini və ABŞ-ın vasitəçiliyini zəiflədir. Bizə aydındır ki, işğal edilmiş ərazilərimizə gedən Konqres üzvlərinin səfəri Ermənistan hökuməti tərəfindən maliyyələşdirilib", - deyə L.Abdullayeva qeyd edib.
Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə məktublar ünvanlayıb - RƏSMİ
23
oktyabr
09:00

Qarabağ
KOMMENTLƏR
XİN: Polşalı baş redaktorun adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb
XİN: Polşalı baş redaktorun adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Həmsədrlər Qarabağa səfər edəcəklər
Rəsmi Bakı fransız merlərin Qarabağa səfərini qınadı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat