“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsioner icra başçılarına qarşı keçirdiyi əməliyyatlar təqdirəlayiqdir”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə İmişlinin icra başçısı Vilyam Hacıyevin həbs olunmasına münasibət bildirərkən deyib.
O söyləyib ki, Azərbaycanda bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri özbaşınalıqlar edirlər.
A.Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev xalqın rifahının daha da yaxşılaşması üçün əlindən gələni etsə də, dələduz icra başçıları öz şəxsi maraqlarını güdürlər.
“Bununla da həmin icra başçıları dövlətin siyasətinə qarşı çıxırlar. Mən elə düşünürdüm ki, bir-iki icra başçısının həbs olunmasından sonra digərləri də ağıllanarlar. Görünür, bunların heç də hamısı ağıllı deyil”.
Eks-deputat qeyd edib ki, bütün dələduzlar ifşa olunmalı və layiqli cəzalarını almalıdırlar.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər aşkar edilib. Habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
DTX-də aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 6-da imzaladığı sərəncamla Vilyam Hacıyev vəzifəsindən azad edilib.
Araz Əlizadə Vilyam Hacıyevin həbsindən danışdı: “Görünür, hamısı ağıllı deyil”
08
may
11:22

Qarabağ
KOMMENTLƏR
Vilyam Hacıyev belə saxlanıldı — Əməliyyat görüntüləri - VİDEO
İcra başçısının həbs edildiyi əməliyyatdan İLK FOTO
"DTX-nın həyata keçirdiyi əməliyyatlar bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir”
Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur
Nizami rayon İcra başçısı Arif Qasımovu Qoca Səmədovun taleyi gözləyir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat