“Sənədlərdən daha çox, onların praktikada necə yerinə yetirilməsi ilə maraqlanmalıyıq”.
Bakisesi.com.un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, bu qanun layihəsi məşğul əhalinin sayının artırılmasına hesablanmalıdır: “Deputat seçildiyim rayondan mənə edilən müraciətlərdə onlarla insan bildirir ki, məşğulluq idarəsi onları qeydiyyata almır. Bu işdə qeydiyyatın elektronlaşması da müsbətdir, amma rayon yerində bir çox insan bunu edə bilmir. Bu qanun layihəsinə təklif edilən dəyişikliklərlə bir çox bürokratik əngəllər aradan qaldırılır. Ancaq bu dəyişikliklərlə yenə də əhalinin müəyyən qismi diqqətdən kənar qalacaq. Rayonlarda müvafiq qurumlarda çalışan insanların münasibəti əhalinin dövlətə münasibətinə təsir göstərir. Burada ciddi işlərə ehtiyac var. İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”.
Sabir Rüstəmxanlı: “İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”
05
avqust
16:28

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat