Rasim Musabəyov: “Belə oyunların təkcə Azərbaycana qarşı oynanılmayacağı barədə ciddi fikirləşməlidirlər”.
Avqustun 11-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdə oldular. Səfər çərçivəsində Türkiyənin ən yüksək hərbi rəhbərliyi, habelə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdülər.
Bu ziyarətdən bir gün sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər və digər yüksək rütbəli hərbçilər Azərbaycana gəldilər. Türkiyə hərbi heyəti genişmiqyaslı taktiki uçuş təlimlərinin ilk mərhələsinin son hissəsini Azərbaycan və Türkiyənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin canlı atəşi altında müşahidə edəcəklər.
Baş verənləri AYNA-ya şərh edən Milli Məclis üzvü, politoloq Rasim Musabəyov öncə Tovuz döyüşlərinə diqqət çkib: “Ermənilər Tovuz təxribatına kənardan təhrik edildilər. Bu təhrikin ilk növbədə Rusiyadan gəldiyi hiss olunur. Düşünürəm ki, generalımıza sui-qəsd Tovuzda şiddətli döyüşlərə səbəb olmalı idi ki, bunun da nəticəsində ermənilər bizim strateji infrastrukturumuzu vurmalı idilər. Bu gün məlum olur ki, Rusiya neft və qazına əslində Türkiyə bazarında tələbat yoxdur və buna görə də ruslar bu yolla Türkiyədəki mövqelərini geri alacaqlarını düşünürlər”.скачать dle 12.1