Belarus müxalifətinin prezidentliyə vahid namizədi Svetlana Tixanovskaya ölkənin milli lideri olmağa hazır olduğunu söyləyib. Ovqat.com xəbər verir ki, Tixanovskaya bu bəyanatı xalqa video-müraciətində səsləndirib.
Xanım Tixanovskaya bir lider kimi bütün siyasi məhbusları azad etməyə, qanunvericilik bazasını möhkəmləndirməyə, ölkədə yeni prezident seçkilərinin təşkili üçün hər cür şərait yaratmağa hazır olduğunu qeyd edib.
"Hamımız 26 il əvvəl atıldığımız bu sonsuz dairədən çıxmaq istəyirik" deyən xanım Tixanovskaya, "Ölkənin stabilləşməsi və normal bir ritmə qayıtması üçün bu dövrdə milli lider kimi fəaliyyət göstərməyə hazıram", - deyib.
Svetlana Tikhanovskaya prezident seçkilərində Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkoya qarşı əsas rəqib idi. Mərkəzi Seçki Komissiyasının son məlumatlarına görə, Lukaşenko 80,1%, ilkin nəticələr elan edildikdən sonra Litvaya gedən xanım Tixanovskaya - 10,1% səs toplamışdı.
Dünən müxalifətin keçirdiyi mitinqdə 100 minlərlə insanın iştirakı “Batka”nın seçkiləri saxtalaşdırdığının ən bariz dəlili kimi tarixə düşdü.
Belarusun “Janna Darkı”: "Milli lider olmağa hazıram” – Videomüraciət
17
avqust
13:58

Qarabağ
KOMMENTLƏR
Minskdə 100 minlərlə insan etiraza qalxdı- Lukaşenko Putinə zəng vurdu + Video
Avropa İttifaqı “qara siyahı” hazırlayır - Belarusa sanksiyalar tətbiq olunacaq
Merkel Belarusda vətəndaşlara qarşı olan zorakılığı pisləyib
Lukaşenkonun rəqibi vətəndaşlara müraciət etdi
Putin Lukaşenko ilə görüşməyə tələsmir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat