Əleyhdarlarına ictimai nüfuzunu göstərmək üçün Hökumət evinin qarşısında mitinq keçirən Belarus diktatoru Lukaşenko böyük xəyal qırıqlığına uğramışdı. Əleyhdarlarının ən azı 200 minlik nümayişinin qarşısında rəsmi məlumatlara görə 60-70 min (bəzi qaynaqların fikrincə isə 10 minə yaxın)  tərəfdar çıxaran diktator  dünən ümidini “zəhmətkeş dəstəyinə” bağlamışdı. Di gəl ki, Belarusun 26 illik lideri getdiyi zavod və fabriklərdə də “Çıx get! Çıx get!” çağırışları ilə qarşılaşıb. Sonda o, zəhmətkeşlərə “Sağ olun, mən sözümü dedim, siz isə “Get!” deyə qışqıra bilərsiniz”, - söyləyərək istehsal müəssisələrini tərk edib.
PİA.az  “Batka”nın qovulma anlarını təqdim edir.


скачать dle 12.1