"Ordu Oyunlarının təşəbbüskarı Rusiyadır və əsas yarışlar da Rusiya ərazisində keçirilir. Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Bu məsələlər bizim dövlətlərarası münasibətlərimizin çox geniş gündəliyinin tərkib hissəsidir".
Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyasət idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikanı, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir sözlə, dialoq gedir və şadam ki, siz yenə bizə gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm", - dövlət başçısı əlavə edib.
İlham Əliyev: "Yaxın günlərdə Putinlə telefon söhbətimiz olub..."
25
avqust
16:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat