“Milli Məclisin deputatının statusu haqqında” Qanunda qeyd edilib ki, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər.
Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.
Qaydalara görə, Azərbaycan Milli Məclisinin deputatları xidməti silah almaq üçün əvəlləcə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah – tapança ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edlimiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvfiq qurumuna dəvət olunuraq, təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə alır.
Deputatlara iclas zalına silahla daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.
Maraqlıdır, Milli Məclis deputatların hazırda silahı varmı? Onlar hüquqlarından istifadə edib tapança almaqdan ötrü DİN-ə müraciət ediblərmi?
“Report”un əməkdaşı bu suallarla parlamentin bir neçə deputatına müraciət edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Report”a açıqlamasında bildirib ki, qanunvericiliyə görə deputatlar səlahiyyətləri dövründə silah gəzdirmək və ondan təyinatı üzrə istifadə etmək hüququna malikdir:
“Bu qanun qəbul edildikdən sonra deputatların hər birinə silah paylanılmışdı. Ancaq sonradan hansısa bir səbəbə görə bu hal növbəti çağırışlar dövründə təkrar olunmadı. Əksinə, verilən silahlar DİN tərəfindən deputatlardan geri alındı. İndiyə qədər də DİN tərəfindən silah deputatlara paylanılmayıb”.
Deputat silahının olmadığını deyib:
“Hələlik silah almaqdan ötrü DİN-ə müraciət etmək fikrim yoxdur. Əgər ciddi bir ehtiyac yaranarsa bununla bağlı DİN-ə müraciət edərəm. Ümidvaram ki, onlar da qanunvericiliyə uyğun olaraq məni silahla təmin edə bilər”.
Milli Məclisin deputatlarına tapança verilib?
05
sentyabr
10:33

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər