Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını təbrik edib.
Səfir bu barədə Feysbuk səhifəsində paylaşım edib.
“Qardaş Azərbaycan xalqını dirçəlişi və yenilənməyi, bahar hərarətinin qışın soyuğu üzərində, xeyirin şər üzərində, həyatın ölüm üzərində qələbəsini simvolizə edən Novruz bayramı münasibətilə təbrik edirik!
Bu bayramın həm də Ukrayna və mənim sarsılmaz həmvətənlərim üçün simvolik mənası var - biz mütləq rus şərinə qalib gələcəyik, işığın zülmət üzərində qələbəsini qeyd edəcəyik, Ukraynanın dostları əhatəsində ailə rahatlığı və səmimi görüşlərin xoşbəxtliyini hiss edəcəyik!”, - deyə səfir qeyd edib.
  • Ukrayna səfirindən Novruz TƏBRİKİ
скачать dle 12.1