Qarabağda sentyabrın 27-dən başlayan eskalasiya nəhayət başa çatdı. Ermənistanən hərbi-siyasi rəhbərliyi “iyul təxribat”ından sonra da müharibəni alovlandıran addımlar atmaq davam etdi. Buna qarşılıq olaraq Azərbaycan Ordusu sentyabrın 27-də əks-hücum əməliyyatına başladı.
44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi.
Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olunub.
Noyabrın 8-də isə Azərbaycanın tarixi şəhəri Şuşaya erməni işğalçılarından təmizləndi. Şuşa Qarabağ münaqişəsinin kilid şəhəri hesab edildiyindən artıq Ermənistanın müharibəni davam etdirməsinin anlamı qalmamışdı. Beynəlxalq hərbi və siyasi ekspertlər də artıq İrəvanın təslim olmasını daha məqsəduyğun hesab edirdilər. Lakin buna baxmayaraq erməni həbçiləri müqaviməti davam etdirdi. Bu isə Azərbaycan Ordusunun separatçı rejimin inzibati mərkəzi hesab edilən Xankəndinin 2-3 kilometrliyinə çatmasına səbəb oldu.
Digər tərəfdən, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. 
Şuşanın işğaldan azad edilməsi və döyüşlərin artıq Xankəndi yaxınlığında getməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır.
Nəhayət, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri atəşin dayandırlması barədə bəyanat imzaladı. Bu sənəd mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Prezident İlham Əliyev dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaqdır;
Haqqında bəhs olunan birgə bəyanata gəlincə, Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış müvsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır.
Аrtıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hal-hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.
Rusiya və Türkiyə silahları qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Sülhməramlıların yerləşmə müddəti 3 il müəyyən olunur.
Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaqdır.  Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaqdır.
Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Rusiya tərəfi Ermənistan ərazisi ilə Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür.скачать dle 12.1